"Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib
12.03.2022 08:45

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.


Tədbirdə Türkiyədən, regionlardan, eləcə də digər təşkilat və Mərkəzlərdən həkimlər iştirak ediblər.

 

Konfransın məqsədi qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışmaq və yeni innovativ müalicə üsullarını müzakirə etmək olub.


Elmi-praktiki tədbirdə ümumilikdə 12 məruzə dinlənilib.

 

Konfransda t.ü.f.d. Nigar Həsənova Nigar “Pediatrik qlaukoma – 14 ilin nəticələri”, dr. Banu Solmaz “Gloukom tanı yöntemleri ve karşılaşılan sorunları”, dr. Cəmik Həsənov Cəmil “Qlaukoma drenaji implantasiyasından sonra rast gəlinən fəsadlar”, t.ü.f.d. Mətanət Əfəndiyeva “COVID-19-un göz daxili təzyiqə təsiri. Kliniki müşahidə”, t.ü.f.d. Səbinə Məcidova “Birincili və ikincili uveal qlaukoma zamanı sistem və lokal sitokin statusun müqayisəli qiymətləndirilməsinin nəticələri” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Eləcə də t.ü.f.d. Xalid Əliyevin “Gsd-nin qlaukomatoz dəyişiliklərinin differensial diaqnostikasında okt-nin praktik əhəmiyyəti”, dr. Ilgaz Yalvacın “Artificial intelligence and glaucoma”, t.ü.f.d. Gülnarə Məmmədovanın “Yüksək dərəcəli miopiyalı xəstələrdə qlaukoma”, Məhərrəm Pirmətovun “Müxtəlif dərəcəli bucaq pirmentasyası olan ilkin açıq bucaqlı qlaukoma xəstələrində selektiv lazer trabekuloplastikanın uzun müddətli nəticələri”, Sona İbrahimovanın “Qlaukomanın diaqnostikası və proqressiyasının analizində okt-nın rolu”, Səbinə Quliyevanın “Uşaqlarda steroid qlaukoması” və Könül Feyziyevanın “Uveal ikincili qlaukoma” (klinik hal) adlı məruzələri dinlənilib.

 

Sonda suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib