Tədris Terapevtik Klinikasında "Qan analizinin təhlili" mövzusunda seminar keçirilib
11.03.2022 16:44

Martın 10-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Pediatriya kafedrasında praktik həkimlər üçün "Qan analizinin təhlili" mövzusunda seminar keçirilib.

 

Seminarda çıxış edən Uşaq xəstəlikləri kafedrasının assistenti, t.e.n Nigar Əlibəyeva qan analizlərinin geniş təhlili və dünyada ən çox yayılan dəmir defisitli anemiya haqqında ətraflı məlumat verib.

 

Tədbirdə eritropoez, leykopoez, anemiyaların təsnifatı və onların differensial diaqnostikası ilə yanaşı, ölkəmizdə regional problem olan talassemiya xəstəliyi də geniş müzakirə olunub.

 

Klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın, Pediatriya kafedrasının müdiri, professor Nailə Sultanovanın, kafedra əməkdaşlarının və rezidentlərin iştirakı ilə baş tutan tədbirdə çoxsaylı analizlərin nəticələri və onların təhlili, slaydlar və videogörüntülər də nümayiş olunub.

 

Sonda N.Əlibəyova tərəfindən iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib