Qarışqalar insan orqanizmində mövcud olan şişləri aşkar edəcək - TƏDQİQAT
11.03.2022 10:54

Fransa alimləri yaxın gələcəkdə insanın sağlamlığının müdafiəsi işində çox böyük rolu oynaya biləcək qarışqaların modifikasiyası üzərində işləyirlər.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, qarışqalardan insan orqanizmindəki şişlərin aşkar edilməsi üçün istifadə edilməsi nəzərdə tutulur. Alimlər aşkar ediblər ki, qarışqalar itlər kimi qoxu vasitəsilə təhlükəli yeni törəmələri axtara bilərlər.

Son illərdə aparılmış müxtəlif sınaqların gedişatında itlər həqiqətən insanın nəfəsindəki tipik çalarlar üzrə ağciyərlərdəki şişlərin bəzi növlərini aşkar ediblər.

 

Hazırki tədqiqat göstərib ki, qarışqalar bu diaqnostikada böyük potensiala malikdirlər. Alimlər aşkar ediblər ki, bütün məşqlərin bir neçə dəqiqəsindən sonra formica fusca qarışqaları insanın sağlam hüceyrələri ilə bədxassəli hüceyrələri ayırmağa qadirdir.

Alimlər hesab edir ki, sağlam və xərçəng hüceyrələri müxtəlif komponentlərini qoxu üzrə tanımaq imkanına malikdirlər.

 

"Hazırda biz xərçəngin diaqnostikasında MRT-yə, mammoqrammaya və qanın analizlərinə daha çox söykənirik, lakin bu üsullar kifayət qədər invaziv və bahalıdır", - deyə alimlər qeyd edib.


Yeni tədqiqat qarışqaların köməyi ilə xərçəngin diaqnostikasını sürətli və ucuz həyata keçirdiklərini göstərib.

 

Bu metodikanın dünyanın müxtəlif ölkələrinin laboratoriyalarında istifadə olunacağı gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib