TƏBİB-in tabeliyindəki müəssisələrdə çalışan tibb işçilərinin sayı məlum olub
10.03.2022 17:52

Tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin ümumi həcmi 989,3 mln. manat təşkil edib.

 

Aztibb.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

 

Qeyd edilib ki, 2021-ci il ərzində İcbari tibbi sığortanın tətbiqi çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 55 min tibb işçisi (16,5 min həkim və 38,5 min orta tibb heyəti) fəaliyyət göstərib. Bu müddət ərzində 4053,6 min vətəndaş tibbi xidmətlərdən faydalanıb. 2021-ci il üçün İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin ümumi həcmi 989,3 mln. manat təşkil edib.

 

Əhalinin sağlamlığının qorunması sahəsində bir sıra dövlət proqramlarının icrası məqsədilə dövlət büdcəsindən 57450,9 min manat vəsait ayrılıb.

 

"Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması" proqramının icrasına ayrılan vəsaitin həcmi 3175,2 min manat, ondan istifadə edilmiş vəsaitin məbləği 2079,6 min manat olub.

 

Tibb işçilərinin bilik səviyyəsinin nisbətən yüksəldilməsi, regionlarda antenatal və mamalıq qulluğunun yaxşılaşdırılması üzrə seminarlar keçirilib, xidmətin keyfiyyətinin dəyərləndirilməsi üçün monitorinqlər aparılıb, dərman və tibbi sərfiyyat təminatı gücləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub