"Nefrologiyanın aktual problemləri" mövzusunda elmi konfrans işə başlayıb  
10.03.2022 16:09
Bu gün Ümumdünya Böyrək Gününə həsr edilmiş "Nefrologiyanın aktual problemləri" mövzusunda elmi konfrans öz işinə başlayıb.
 
Aztibb.az xəbər verir ki, tədbir Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana PHŞ-nin, "Azərbaycan Nefroloqlar Cəmiyyəti"nin, Nefrologiyanın İnkişafına Yardım İctimai Birliyinin və “EGİS Pharmaceuticals PLC” şirkətinin ölkə nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbiri giriş sözü ilə Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana PHŞ-nin direktoru, "Azərbaycan Nefroloqlar Cəmiyyəti" İctimai Birliyinin sədri, t.ü.f.d. Fariz Babayev açaraq xroniki böyrək xəstəliyi ilə mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, bu sahədə mütəxəssislərarası təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. Ümumdünya Böyrək Gününə həsr edilmiş tədbirin həkimlərin davamlı tibbi təhsil ehtiyaclarının təmin edilməsi istiqamətində önəmli rola malik olduğunu vurğulayan Fariz Babayev konfransın işinə uğurlar arzu edib.
 
Sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək Ümumdünya Böyrək Gününün tarixi barədə ətraflı məlumat verib, xroniki böyrək xəstəliyinin bütün dünyada sağlamlıq böhranı olduğunu qeyd edib. O, Mərkəzi Gömrük Hospitalında pandemiyadan əvvəlki dövrdə uroloji və nefroloji problemləri olan xəstələrə yüksək keyfiyyətli tibbi xidmət göstərildiyini vurğulayıb. İ.Əfəndiyev böyrək transplantasiyası sahəsində həm maddi texniki baza, həm də kadr potensialı baxımından Mərkəzi Gömrük Hospitalının mühüm təcrübəyə malik olduğunu qeyd edib.
 
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mütəmadi olaraq əməkdaş qurumlarla birgə səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də Mərkəzi Gömrük Hospitalının mövcud təcrübəsinin paylaşılması istiqamətində tədbirlər həyata keçirdiyini vurğulayan İ.Əfəndiyev konfrans iştirakçılarını interaktiv müzakirələrdə aktiv iştirak etməyə dəvət edib.
 
Konfransın rəsmi hissəsində, eyni zamanda Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov da çıxış edib və mövzunun aktuallığına dair fikirlərini bölüşüb.
 
Xroniki böyrək xəstəliyindən əziyyət çəkən şəxslərə ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi işinin təkmilləşdirilməsi istiqamətində islahatların həyata keçirildiyini deyən İ.Məmmədov icbari tibbi sığortanın uğurlu tətbiqinin bu sahədə müsbət nəticələrin əldə edilməsində mühüm rola malik olduğunu vurğulayıb.
 
Konfransın rəsmi açılış hissəsindən sonra elmi hissə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d. Mircəlal Kazımi, Ege Hospitalın nefroloqu Barat Yusubov və "Medservis" özəl tibb mərkəzinin direktoru Hikmət İsmayılovun moderatorluğu ilə “Böyrək zədələnmələri: Müalicə və diaqnostikada yeniliklər” paneli ilə öz işinə davam edib.
 
Panel müzakirələr və interaktiv sual-cavab sessiyaları vasitəsilə həyata keçirilən konfransda “Diabetik nefropatiya: SGLT2 inhibitorları”, “Böyrək çatışmazlığında antibiotiklərdən istifadə”, “Ambulator şəraitdə nefroloji xəstələrin müşahidə və müayinə prinsipləri” və “Hemodializ, yoxsa periton dializi?” mövzularında məruzələrin dinlənilməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, beynəlxalq elmi konfransda 3 panel üzrə ümumilikdə 14 məruzənin dinlənilməsi planlaşdırılıb.
 
Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" səhifəsi üzərindən də canlı yayımlanan elmi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib