İyulun 1-dən kistoz fibroz xəstəliyi əlillik meyarı kimi müəyyən ediləcək
09.03.2022 20:31

Əlillik meyarları ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi aparılıb və həmin proses davam edəcək. İndiyədək əlillik meyarlarında kistoz fibrozun adı yox idi. İyulun 1-dən qüvvəyə minəcək əlillik meyarları və onların verilməsi qaydasının Avropa İttifaqının direktivlərinə, ən yaxşı beynəlxalq təcrübəyə uyğunlaşdırılması baxımından böyük normativ hüquqi paket hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatı həmin sənədi tam şəkildə araşdırıb, müsbət rəy bildirib. İki ilə yaxın müddət ərzində bütün dövlət qurumları bu sahədə iş apardı. İyulun 1-dən kistoz fibroz xəstəliyi bir meyar kimi müəyyən ediləcək və bu, uşaqların əlilliyinin əldə edilməsi prosesini sürətləndirəcək.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kistoz fibroz gününə həsr olunmuş dəyirmi masada deyib.

 

Nazir bildirib ki, on dörd uşağın kistoz fibrozla bağlı təyinatı aparılıb: "Proses davam edir və onu sürətli şəkildə yekunlaşdırmaq vacibdir, çünki sağlamlıq imkanları məhdud uşaqları olan ailəyə həmin meyar üzrə təyinat aparıldıqdan sonra maliyyə dəstəyi olaraq 200 manat müavinət, təqaüd olaraq isə əlavə 200 manata yaxın vəsait təyin olunur. Bu, həmin uşaqların müəyyən xərclərini qarşılamağa imkan verəcək".

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib