Mərkəzi Gömrük Hospitalının əməkdaşları üçün təlim keçirilib
09.03.2022 16:42
9 mart 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında “Effektiv kommunikasiyalar” mövzusunda təlim keçirilib.
 
Təlimdə Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən İmanova, qeydiyyatçılar - Cəmilə Xudiyeva, Leyla Həsənova, Aysel Kazımlı, Qərənfil Mehdiyeva, Zivər Babayeva, Nərmin Allahverdiyeva, Nərmin Abbaszadə, Nigar Behbudova, Günel İsmayılova və Əsmər Ağayeva, Çağrı Mərkəzinin operatorları - Gülşən Şahverdiyeva və Gülçöhrə Budaqova iştirak ediblər.
 
Aztibb.az xəbər verir ki, təlimi biznes təlimçi və konsultant İlham Əfəndiyev aparıb. O, effektiv kommunikasiyaların əhəmiyyətindən danışaraq, qeyd edib ki, effektiv kommunikasiya sadəcə informasiya mübadiləsi deyil, həm də məlumatın dəqiq çatdırılması ilə yanaşı, deyilənlərin tam mahiyyətini başa düşməyə şəraitin yaradılmasıdır. Bu zaman dinləyən tərəf əmin olmalıdır ki, onun verdiyi məlumat başa düşülür və qəbul edilir.
 
Təlimçi qeyd edib ki, effektiv kommunikasiyanın məqsədi davamlı əlaqələr, o cümlədən hər iki tərəf üçün faydalı iş əlaqələri qurmaq və bu əlaqələri qoruyub saxlamaqdır. Müəyyən qaydalara əməl etməklə, insanlara düzgün yanaşma metodları tapmaqla, düşüncələri aydın və tez çatdırmaq bacarığını təkmilləşdirməklə effektiv kommunikasiya qurmaq mümkündür. Təlimin sonunda İlham Əfəndiyev təlim iştirakçılarının suallarını cavablandırıb və xatirə şəkli çəkilib.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”