Azərbaycanlı həkimin araşdırması nüfuzlu “Springer” nəşriyyatında 
09.03.2022 10:21

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva nüfuzlu “Springer” nəşriyyatında nəşr olunmuş kitabda bir paraqrafın müəllifidir.

 

O, “Springer” nəşriyyatının yenicə çapdan çıxmış “Anal fistula və abses” adlı kitabında bir paraqrafın müəllifidir. Aynur Səfiyevanın bu kitabda dərc olunan paraqrafının adı “Anal fistulaların lazerlə müalicəsi” adlanır. Müəllifin bu paraqrafı yazmaqda məqsədi son illərdə ən yeni əməliyyatlardan biri sayılan anal fistulalarda lazerlə müalicə üsullarını araşdırmaqdır.

Anal fistula əsasən düz bağırsağı əhatə edən toxumaların iltihabı nəticəsində yaranan perianal dəri ilə düz bağırsağın açılması arasında patoloji bir yoldur. Xəstəliyin əmək qabiliyyətli, fiziki işlə məşğul olan insanlarda daha çox rast gəlinməsi yeni müalicə üsullarının axtarışını zəruri edir. Xəstəliyin təsnifatı, müalicəsi və diaqnozu bu günə qədər çoxlu sayda müzakirələrin mövzusu olmuşdur. Bunun əsas səbəbi ciddi elmi araşdırmalara baxmayaraq, ağırlaşmaların daha çox olmasıdır.


Son illərdə ABŞ və Avropada mürəkkəb anal fistulaların müalicəsində yeni tendensiyalar müşahidə edilmişdir ki, bunlar biotexnologiyanın müasir nailiyyətlərindən istifadə etməklə əldə edilmiş yeni toxumaların, o cümlədən bioloji parçalana bilən materialların və biomateriallardan hazırlanmış bioprotez tıxacların tətbiqinə əsaslanır. Həmkarımız öz məqaləsində bütün bunları araşdırmış və lazer üsulu ilə fistulaların müalicə yollarını göstərmişdir. Aynur Səfiyeva anal fistulaların lazerlə müalicəsində yenilənmiş diaqnostik prosedurları, üsulları və göstəriciləri təqdim etmişdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub