Onurğa travmaları qalıcı zərər verə bilər - Professordan XƏBƏRDARLIQ
09.09.2020 18:00

"Yol qəzaları travmanın ən böyük səbəblərindən biridir".

 

Aztibb.az xəbər verir ki, bunu Medicana Sivas Xəstəxanasının Beyin və Sinir Cərrahiyyəsi Mütəxəssisi professor Mustafa Gürelik gündəlik həyatda baş verən qəza, hadisələr zamanı onurğada meydana gələn qırıqlar, çıxıqlar və onurğa beyni zədələnmələri halında yaşana biləcək problemlər və müalicə üsulları haqqında danışarkən deyib.

 

O bildirib ki, xüsusilə idman edərkən əsas qaydalar laqeyd yanaşılmamalıdır.

 

"Travma sonrası əsasən bədənin hər hansı bölgəsində zəiflik, idarəetmə problemi, iflic, keyimə, sidik kisəsi və ya yoğun bağırsağın işinin pozulması, qolları və əlləri hərəkət etdirə bilməmə, onurğa beynində qanama nəticəsində əzələ zəifliyi, xarici qanaxma nəticəsində qol və ayaqlarda keyimə kimi şikayətlərlə özünü büruzə verir.

 

Onurğa travması boynun yuxarı hissəsində, bel ilə bel arasında və belin aşağı hissəsində qeydə alınır.

 

"Zədələnən insanın tibbi heyət gələnə qədər tərpənməməsi və ya çox mütləq olarsa 3-4 nəfər tərəfindən onurğa sütunu əyilməmək şərtilə aparıla bilər. Sınıqlar və sürüşmələr nəticəsində sümüklər arasındakı disklər qopa bilər, və ya onurğanı bir-birinə bağlayan əzələ və birləşdirici toxumalarda zədələnmə ola bilər. Belə zədələnmələr qismən və ya tamamilə iflic və ağrıya səbəb ola bilər.

 

İlk növbədə ciddi simptomlara səbəb olmayan onurğa xəsarətlərinin gələcəkdə keçməyən ağrı ilə müşahidə edilməsi mümkündür".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib