“COVID-19 diaqnostikasına müasir yanaşma və problemlər” mövzusunda konfans keçirilib
05.03.2022 10:21

Martın 4-də ATU-nun Tədris Terapevtik Klinikasında “COVID-19 diaqnostikasına müasir yanaşma və problemlər” mövzusunda konfans keçirildi.

 

Aztibb.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan klinikanın direktoru, professor Surxay Musayev bu konfansın məhz burada baş tutmasının heç də təsadüfi olmadığını söylədi. Direktor bildirdi ki, koronavirusun ölkəmizdə yayıldığı ilk günlərdən Tədris Terapevtik Klinika da öz fəaliyyətini bu istiqamətə yönəldib və həmin dövrdə böyük işlər görüb.

 

Daha sonra rəhbəri olduğu terapevtik yönümlü klinikanın yaranma tarixindən söhbət açan S.Musayev, hazırda burada xəstələrin müayinə və müalicəsi üçün hər cür şəraitin olması, təklif edilən xidmət, həmçinin peşəkar tibbi personal barədə məlumat verdi.

 

Konfransda iştirak edən TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva “Azərbaycanda COVID-19 laboratoriyalarının vəziyyəti” mövzusunda məruzə etdi. Y.Qarayeva bu xəstəliyin törədicisi, yoluxma yolları, xəstəliyin təsdiqi və diaqnostik metodları haqqında danışaraq, pandemiya ilə mübarizə strategiyası və tətbiqi formalarını diqqətə çatdırdı.

 

Ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən laboratoriyaların işinin təşkili haqqında geniş söhbət açan natiq bildirdi ki, COVID-19 virusu yayılmağa başlayandan, onun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibbi avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr ölkəmizə gətirilib, respublika ərazisində bu istiqamətdə laboratoriyaların fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb.

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli xəstəxanaların tikildiyini və eləcə də “Yeni klinika”nın müasir tibb müəssisəsi kimi koronavirus xəstələrinin müalicəsi üçün ayrıldığını deyən Y.Qarayevanın sözlərinə görə, koronovirus və onun yayılması nəticəsində yaranmış vəziyyətlə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə geniş və əhatəli məlumat və təbliğat işləri aparılıb.

 

Sonra Tədris Terapevtik Klinikanın mərkəzi laboratoriyasının müdiri dr. İskəndər Karaltı “SARS-COV-2-nin strukturu və Omikron variantı”, həmin laboratoriyanın həkimi Bayram Tağıyev “COVID-19 xəstəliyinin diaqnostikasında seroloji testlər” və respublikamızın bir sıra tibb müəssisələrindən gəlmiş mütəxəssislər müzakirə olunan məsələ ilə bağlı müxtəlif mövzularda çıxışlar etdilər.

 

Konfransın sonunda Tədris Terapevtik Klinikanın rəhbərliyi tərəfindən tədbir iştirakçılarına xüsusi sertifikatlar təqdim olundu. 

 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib