Mərkəzi Gömrük Hospitalının həkim-laborantları beynəlxalq konfransda iştirak edirlər
04.03.2022 14:29

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasının həkim laborantları Naibə Əliyeva, Aynur Ştayeva və bioloqları Ceyranxanım Hacıyeva, Aygün Məmmədova 4 mart 2022-ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının konfrans zalında keçirilən “SARS-COV-2 (COVID 19) diaqnostikasına müasir yanaşma və problmelər” mövzusunda beynəlxalq konfransda iştirak edirlər.

 

Tədbirdə Azərbaycan Tibb Üniversitetinin Tədris Terapevtik Klinikasının direktoru, prof. Surxay Musayev, Tədris Terapevtik Klinikanın Mərkəzi Laboratoriyasının müdiri, dos. İskender Karaltı açılış nitqi ilə, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Dr. Yaqut Qarayeva “Azərbaycanda COVID-19 Laboratoriyalarının vəziyyəti” mövzusunda çıxış ediblər.

 

Konfransda, həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu (TUBİTAK), Referans Klinikası və digər tibb müəssisələrinin yüksəkixtisaslı mütəxəssisləri SARS-CoV-2-nin strukturu və Omikron variantı, COVİD-19 xəstəliyinin diaqnostikasında seroloji testlər, COVİD-19 variant testləri, COVID-19-un diaqnostikasında kliniki müayinələr, Kliniki hal təqdimatı: fitness markerlərinin (hFwe-Lose) COVID-19 və COVID-19 testlərindəki problemləri müzakirə edəcəklər.

 

Beynəlxalq konfransın keçirilməsində məqsəd COVID-19-un diaqnostikasında yeniliklər və testlərin icrası zamanı qarşıya çıxan çətinliklərin araşdırılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib