Beynəlxalq tədbirdə Azərbaycan dilində tibbi terminlərin xüsusiyyətlərindən bəhs olunub
09.09.2020 16:24

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun elmi işçisi Kübra Vəliyeva Türkiyə Cümhuriyyətinin Bandırma Onyedi Eylül Universitetində Trakya Universitetlər Birliyinin təşkilatçılığı ilə onlayn keçirilən II beynəlxalq Filoloji Tədqiqatlar Konqresində iştirak edib.

 

Üç gün davam edən tədbirdə K.Vəliyeva “Azərbaycan və ərəb dillərində ürək-damar sistemi tibbi terminlərinin leksik-semantik xüsusiyyətləri” mövzusunda məruzə edib. O, çıxışında azərbaycanlı və ərəb tibb xadimlərinin dünya elminə verdikləri töhfələr, ürək-damar sistemi ilə əlaqəli latın, yunan mənşəli terminlərlə yanaşı, hər iki dilin milli tibbi terminləri, onların leksik, semantik və morfoloji xüsusiyyətləri haqqında məlumat verib.

 

Kübra Vəliyevanın çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında geniş müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub