3 Mart - Ümumdünya Anadangəlmə Qüsurlar Günüdür
03.03.2022 14:23
İl ərzində təxminən 8 milyon uşaq ciddi anadangəlmə qüsurla doğulur. Onlardan 3 milyon qədəri 5 yaşına çatmadan həyatını itirir. Anadangəlmə qüsurlu uşaqlar həyatları boyu fiziki, əqli, eyni zamanda sosial problemlərdən əziyyət çəkirlər.
 
Ümumdünya anadangəlmə qüsurların qarşısının alınması gününün əsas məqsədi gələcək valideynlərin maarifləndirilməsidir. Belə ki, sadə qayda və vərdişlərlə nəsildə anadangəlmə qüsurların yaranma riski azaldıla bilər. Bir çox qüsurların hamiləlik öncəsi və ana bətnində profilaktikası (xəstəliyin qarşısını almaq) və müalicəsi mümkündür.
 
Aztibb.az Azərbaycan Kariologiya Cəmiyyətinə istinadla anadangəlmə qüsurlara səbəb olan, teratogen (dölün inkişafına mənfi təsir göstərən) faktorları təqdim edir: 
 
Genetik faktorlar;
Bəzi infeksiyon xəstəliklər;
Metobolik dəyişikliklər;
Zərərli vərdişlər;
Şüalanma;
Bəzi dərman maddələrinin istifadəsi;
Sosial və ekonomik faktorlar və s.
 
Dünya üzrə ən geniş yayılmış anadangəlmə qüsur anadangəlmə ürək qüsurlarıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub