“Qazilərin gücləndirilməsi layihəsi”sinin təqdimatı olub
02.03.2022 16:58

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), fəxri sədri Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə xanım Ərdoğan olan İctimai İnkişaf Mərkəzinin Təhsil və Sosial Həmrəylik Dərnəyi (Togem-Der), eləcə də Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Ankara Universiteti və Ankara Ticarət Palatasının təşkilatçılığı ilə “Qazilərin gücləndirilməsi layihəsi”sinin onlayn təqdimatı keçirilib.

 

Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcı, Türkiyə Böyük Millət Məclisinin Ərizə Komissiyasının sədri, millət vəkili Mihrimah Belma Satır, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Ankara Universitetinin Tibb elmləri fakültəsinin dekanı Əminə Özmete, Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsel Baran və Togem-Der İdarə Heyətinin sədri Füsun Türken Uysal açılış nitqləri ilə çıxış ediblər.

 

Layihənin əsas məqsədi ölkəmizdə şəhid və qazi ailələrinə sahə xidməti göstərən psixoloq, psixiatr və sosial işçilərin bilik və bacarıqlarının artırılması, həmçinin bu sahədə müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinin ruhi və psixoloji vəziyyətinin yaxşılaşmasına nail olmaq olub.

 

Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası tərəfindən müxtəlif sahələrdə olduğu kimi, səhiyyə sahəsində də göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, Agentliyin qardaş Türkiyənin müvafiq səhiyyə qurumları ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində mütəmadi olaraq səfər və görüşlərin təşkil edildiyini diqqətə çatdırıb. Birgə həyata keçirilən “Qazilərin gücləndirilməsi layihəsi”nin bu əməkdaşlığın bariz nümunəsi olduğunu deyib.

 

Z.Əliyev bildirib ki, Vətən müharibəsi iştirakçılarına psixiatrik və psixoloji yardımın göstərilməsi ilə bağlı təşkil edilən müayinə aksiyasında məhz Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkim-psixiatrlar tərəfindən Bakı şəhərində 100-dən çox şəxsə xidmət göstərilib.

 

İdarə Heyətinin sədri, həmçinin dövlət siyasətinə uyğun olaraq Agentliyin respublikanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslər və şəhid ailəsi üzvlərinin müalicəsi istiqamətindəki fəaliyyətindən də bəhs edib. Vurğulayıb ki, ötən il ərzində 8 500-dən çox İkinci Qarabağ müharibəsi iştirakçısı və şəhid ailəsi üzvünə icbari tibbi sığorta çərçivəsində 120 mindən çox tibbi xidmət göstərilib.

 

Qeyd edək ki, 3 mərhələdən ibarət olan layihənin ilk mərhələsində Ankara Universitetinin 10 təlimçisi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində çalışan psixoloq və psixiatrlar, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssislərindən ibarət 70-dən çox əməkdaşa onlayn təlimlər keçiriləcək. 01-11 mart tarixlərini əhatə edəcək psixososial təlim proqramı “Böhranlara müdaxilə", "Özünə zərər vermə davranışlarının qarşısının alınması" və "İlkin psixoloji yardım" kimi əhəmiyyətli mövzuları əhatə edir.

 

Layihənin ikinci mərhələsinin cari ilin aprel ayında ölkəmizdə təşkil olunması nəzərdə tutulur. Belə ki, Türkiyəli mütəxəssislərdən ibarət nümayəndə heyəti təlimdə iştirak etmiş şəxslərlə görüşlər keçirəcək və öyrədilən biliklərin təhlilini aparacaq.

 

Sonuncu mərhələdə isə onlayn iclaslar vasitəsilə iştirakçılar nəticələri müzakirə edəcək və layihənin səmərəliliyi qiymətləndiriləcəkdir.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”