"Pediatrik immunologiya və infeksion xəstəliklər" adlı konfrans işini davam etdirib
02.03.2022 14:52
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda keçirilən beynəlxalq elmi konfrans öz işini davam etdirib.
Konfransın ikinci günündə Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov çıxış edərək uşaq xəstəliklərinin erkən diaqnostika və müalicə işinin təşkili sahəsində beynəlxalq elmi tədqiqatların nəticələrinin araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də yerli və xarici mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsinin əhəmiyyətini qeyd edib.
Mərkəzi Gömrük Hospitalının həm maddi-texniki baza, həm də yüksəkixtisaslı kadr potensialı cəhətdən uşaq sağlamlığının qorunması istiqamətində geniş təcrübəyə malik olduğunu deyən E.Məmmədov konfransın yerli və beynəlxalq təcrübənin öyrənilməsi baxımından önəmli bir platforma rolunu oynayacağına inamını ifadə edib.
O, çıxışının sonunda beynəlxalq tədbirin işinə uğurlar arzulayıb, hər kəsi interaktiv müzakirələrdə aktiv iştiraka dəvət edib.
Daha sonra konfransda Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin rəisi, pediatr, neonatoloq-reanimatoloq Telman Aytayev və Ege Universiteti Tibb fakültəsinin pediatr-immunoloqu Neslihan Karacanın moderatorluğu ilə “Limfoadenopatiyalı uşaqlara yanaşma” paneli üzrə çıxışlar dinlənilib.
Konfrans günün ikinci yarısında Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov və Ankara Universiteti Tibb fakültəsinin neonatoloq-reanimatoloqu Emel Okulunun moderatorluğu ilə “İnfeksiyaya nəzarət tədbirləri” paneli ilə, eləcə də Mərkəzi Klinik Xəstəxananın Pediatriya və neonatologiya şöbəsinin müdiri, pediatr-neonatoloq Sevda Əsədova və İstanbul Mədəniyyət Universiteti Tibb fakültəsinin professoru Fahrı Ovalının moderatorluğu ilə “İnfeksiyalara müasir yanaşma” paneli ilə öz işini davam etdirib.
"ZOOM" platforması üzərindən 500 nəfərədək həkimin onlayn iştirak etdiyi tədbirin ikinci günündə 3 paneldə yüksəkixtisaslı mütəxəssislər tərəfindən ümumilikdə 8 məruzənin təqdim edilməsi və konfransın Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanması nəzərdə tutulub.
Qeyd edək ki, beynəlxalq elmi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı tibbi təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 16 DTT balı ilə qiymətləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Pediatr alimin 53 illik fəaliyyəti yüksək qiymətləndirilib
24.10.2026 | 09:30
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

