Güclü stres nəticəsində yaranan müvəqqəti ürək xəstəliyi - Sınıq Qəlb Sindromu
01.03.2022 09:41
Sınıq Qəlb Sindromu (Broken Heart Syndrome) güclü stres nəticəsində yaranan müvəqqəti ürək xəstəliyidir.
 
Aztibb.az Azərbaycan Kardiologiya Cəmiyyətinə istinadla xəbər verir ki, bu zaman ürək bir neçə həftə və ya ay sonra öz normal fəaliyyətinə qayıdır. Lakin bu ciddi fəsadlara da yol aça bilər. Bu xəstəlik əsasən yaxın ailə üzvünü itirərkən və daha çox qadınlarda baş verən ürək patologiyasıdır.
 
Əlamətləri kəskin miokard infarktının əlamətlərinə bənzəyir. Xəstə infrakt keçirdiyini düşünür çünki döş qəfəsində güclü ağrı və nəfəs darlığı hiss edir. Güclü stresin nəticəsi olaraq ürəyin sol mədəciyinin bir hissəsi qanı qovma funksiyasını (pumping function) itirir. Lakin xəstə müayinə olunduğu zaman ürək damarlarında əhəmiyyətli darlıq müşahidə olunmur.
 
Bu xəstəlik, həmçinin stres kardiomiopatiyası, apikal balonlaşma, takotsubo kardiomiopatiyası da adlandırılır.
 
Xəstəlik ilk dəfə 1990-cı ildə Yaponiyda təsvir olunub və müayinələr zamanı məlum olub ki, güclü stresin təsiri altında ürəyin sol mədəciyinin zirvə hissəsi sistola zamanı balonlaşaraq yapon balıqçılarının istifadə etdikləri “Tako Tsubo “ osminoq qabını xatırladır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib