“Daxili xəstəliklər üzrə dialoqlar” mövzusunda beynəlxalq konfrans keçirilib
28.02.2022 15:46

Azərbaycan Tibb Universitetində Rusiya Elmi-tibbi Terapevtlər Cəmiyyəti ilə birlikdə təşkil edilmiş “Daxili xəstəliklər üzrə dialoqlar” beynəlxalq konfransı keçirilib.

 

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli konfransın yeni növ koronavirus (COVID-19), postkovid sindromu, kardiologiya və revmatologiya, allerqologiya və digər mövzuları əhatə etdiyini bildirib.

 

Professor qeyd edib ki, XXI əsrdə daxili xəstəliklərin artımı ürək-damar xəstəlikləri və xroniki ağciyər problemlərinin çoxalmasına səbəb olub: “XXI əsr yeni xəstəlik olan və dünyada 6 milyon insan itkisinə səbəb olan COVID-19 pandemiyasını gətirdi. Pandemiya dövründə yanaşı xəstəlikləri olanların infeksion xəstəliyini daha ağır keçirdiyi aşkarlandı. Müasir dövrdə 65 yaşdan yuxarı xəstələrin əksəriyyətinin azı üç xəstəliyi olur, bu da yaşlılarda ölüm riskini artırır. Konfrans da məhz komorbid - birgə xəstəliklərin patologiyalarına həsr olunub”.

 

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Elmi-tibbi Terapevtlərin Cəmiyyətinin rəhbəri Anatoli Martınov elmi-praktiki konfransın qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

 

Konfransda Rusiya Elmi-tibbi Terapevtləri Cəmiyyəti adından Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, elmi işlər üzrə prorektoru Rauf Bəylərov və universitetin elmi-tibbi koordinatoru Sevil Əsədova Rusiya Elmi-tibbi Terapevtləri Cəmiyyəti ilə aktiv əməkdaşlıq və iki ölkə arasında elmi əlaqələrin möhkəmlənməsi işinə verdikləri töhfəyə görə “İbn Sina” ordeni ilə təltif olunublar.

 

Konfransın panel iclaslarında Azərbaycanın və Rusiyanın müxtəlif tibbi-elmi müəssisələrinin əməkdaşları “COVID-19 dünən, bu gün və sabah”, “Vərəm və COVID-19 infeksiyası”, “Osteoartrozun müasir konsepsiyası”, “Sistemik birləşdirici toxumun xəstəlikləri ilə əlaqəli vaskulitlər”, “Terapevtin praktikasında komorbidlik”, “Hipertrofik kardiopatiya: diaqnostika, müalicə və müasir cari tövsiyələr”, “Prediabet: problemlər və perspektivlər” və “Yoluxucu və qeyri-infeksion xəstəliklərin klinikasında müasir enterosorbsiya” mövzularında məruzələr dinlənilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib