Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş öz amansızlığı və qəddarlığı ilə seçilən cinayətdir    
25.02.2022 17:52

Azərbaycan Tibb Universitetində (ATU) Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli erməni faşizmi tərəfindən törədilən Xocalı soyqırımının XX əsrin ən böyük və insanlığa sığmayan faciələrindən biri olduğunu bildirib. Qeyd edib ki, “Xocalı” deyəndə, bir şəhər adı yox, tariximizin ən faciəli, ən kədərli səhifəsi yada düşür.

 

Rektor bu qətliamı törədənlərin uzun illər cəzasız qaldığını və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsi zamanı Müzəffər Ordumuzun misilsiz qəhrəmanlığı ilə qisasımızın düşmənlərdən alındığını vurğulayıb: “Artıq 30 illik Qarabağ həsrətinə son qoyulub. Bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı çox təmkinli, eyni zamanda qətiyyətli siyasətin nəticəsidir. Ümumilikdə, Xocalı qatilləri öz cəzalarını alsalar da, bu faciə illər, əsrlər boyu Azərbaycan xalqının ürəyində ağır bir yara kimi qalacaq. O dəhşətli gecəni öz uşaqlarımıza, nəvələrimizə, nəticələrimizə hər zaman xatırlatmalıyıq. Unutmağa haqqımız yoxdur”.

 

Daha sonra Xocalı sakini, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru Mübariz Allahverdiyev çıxış edərək soyqırımı zamanı ailələrin başına gətirilən müsibətlərdən danışıb. O, həmin tarixin bizdən nə qədər uzaqlaşsa da, mənəvi baxımdan bizləri yaxınlaşdırdığını söyləyib. Xocalıda təkcə XX əsrdə 3 dəfə soyqırımı törədildiyini tarixi faktlarla diqqətə çatdıran professor M.Allahverdiyev sonuncu faciəyə qədər baş verən dəhşətli hadisələrdən söhbət açıb. Professor Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıb.

 

Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən bu dəhşətli faciənin baş verməsinə görə vaxtilə respublikamıza rəhbərlik edən şəxslərin də cavabdehlik daşıdığını bildirib. Diqqətə çatdırılıb ki, bu gün də Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün mühüm işlər davam etdirilir. 

 

ATU-nun I kurs tələbəsi Aytac Yüzbəyova Azərbaycan gənclərinin hətta ana bətnində olan körpələrə qarşı xüsusi amansızlıq edən, cəsədlər üzərində ağlasığmaz vəhşiliklər törədən erməni vandallarını heç zaman bağışlamayacağını vurğulayıb. 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında hazırda 60-dan çox ölkədə minlərlə azərbaycanlı gəncin iştirakı ilə “Xocalıya ədalət” kampaniyasının uğurla aparıldığını deyən A.Yüzbəyova ermənilərin işğalçılıq siyasəti ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində gənclərin görə biləcəyi işlərlə bağlı fikirlərini bölüşüb.  

 

Anım tədbirində Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib