"Arterial qan qazlarının analizi" mövzusunda seminar keçirilib
25.02.2022 09:36
ATU-nun Tədris Terapevtik Klinikasında "Arterial qan qazlarının analizi" mövzusunda seminar keçirilib.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev, müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın, reanimatologiya şöbəsinin müdiri Aliyar Sultanov və həkim-rezidentlərinin iştirakı ilə “Arterial qan qazlarının analizi” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən klinikanın reanimatologiya şöbəsinin həkimi, anesteziologiya və reanimatologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Vüsalə Mirzəyeva qan qazlarının əhəmiyyəti, düzgün interpretasiyası və sistematik oxunması barədə məlumat verib.
 
V.Mirzəyeva, həmçinin arterial qan qazlarını hansı xəstədən, nə zaman və necə götürülməli, əks göstərişləri, fəsadları barədə, necə düzgün interpretasiya edib sadəcə qan qazı üzərindən düzgün diaqnoz qoyulmaq imkanları barədə fikirlərini bölüşüb.
 
Geniş müzakirə şəraitində keçən seminarda rezidentlər qarşılaşdıqları situasiyalarla bağlı öz rəylərini və fikirlərini bölüşüb, onları maraqlandıran suallara aydınlıq gətirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib