“Yeni doğulmuşlarda retinopatiyanın erkən diaqnostikası və müalicəsi” mövzusunda seminar keçirilib
25.02.2022 09:03
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) təşəbbüsü ilə Respublika Perinatal Mərkəzdə “Yeni doğulmuşlarda retinopatiyanın erkən diaqnostikası və müalicəsi” adlı seminar keçirilib. Məqsəd yenidoğulmuşlarda yarana biləcək xəstəliklərə diqqətin artırılması və qarşısının alınması olub.
 
Aztibb.az xəbər verir ki, əvvəlcə Respublika Perinatal Mərkəzinin direktoru v.i.e. Məryəm Rzayeva, Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov və Elmi-Tədqiqat Pediatriya İnsitutunun direktoru, t.ü.f.d. Allahverdi Musayev çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.
 
Seminar Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, AOC-un sədr müavini, t.ü.f.d. Yazgül Abdıyevanın moderatorluğu ilə keçirilib.
 
Tədbirdə t.ü.f.d. Yagzül Abdıyeva “Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilən müayinələr” mövzusunda məruzə ilə çıxış edib.
 
Daha sonra Yenidoğulmuşların reanimasiya bölməsinin müdiri Könül Məmmədovanın “Vaxtından əvvəl doğulmuşlarda oftolmoloji müayinənin əhəmiyyəti”, həmin bölmənin neonatoloqu Zeynəb Əliyevanın “Risk qrupuna daxil olan hamilələrdən doğulan uşaqlarda retinopatiya riski”, akad. Zərifə Əliyeva adına MOM-dan Aysel Əkbərovanın “Yenidoğulmuşlarda göz patologiyası”, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-oftalmoloqu Nərmin Əbilovanın “Neonatal dövrün xəstəlikləri”, Respublika Perinatal Mərkəzinin nevropatoloqu Ülkər Mürsəlovanın “Yenidoğulmuşlarda göz patalogiyası əmələ gətirən irsi nevroloji xəstəliklər (leber amavrozu, taySACHS xəstəliyi)” və Respublika Perinatal Mərkəzinin nevropatoloqu Mehriban Məmmədovanın “Konovalov Vilson xəstəliyi (Hepatolentikulyar degenerasiya)” adlı məruzələri dinlənilib.
 
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və təkliflər səsləndirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib