Azərbaycanlı həkim beynəlxalq konfransda çıxış edib
24.02.2022 14:52

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq elmi konfransda çıxış edib.

Aztibb.az xəbər verir ki, 24 fevral 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalı Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.f.d., mama-ginekoloq Təranə Bayramova Azərbaycan Tibb Universiteti və Malatya İnönü Universiteti Qaraciyər nəqli institutunun birgə təşkilatçılığı ilə "VII Bakı-Malatya, Orqan Transplantasiya Günləri" adlı Beynəlxalq Elmi Konfransın II panelində “Qaraciyər transplantasiyası olunmuş resipiyent qadınlarda hamiləlik xüsusiyyətləri” mövzusunda təqdimatla çıxıb edib.

100-ə yaxın dinləyicinin ZOOM platforması üzərindən onlayn olaraq iştirak etdiyi konfransda Təranə Bayramova transplantasiyanın aktuallığı, qaraciyər xəstəlikləri və nəql keçirmiş qadınlarda fertillik problemləri, hormon profili, nəqlsonrası hamiləlik vaxtının düzgün seçilməsi, hamiləlik planlaşdırılması və kontrasepsiya, hamiləliyin idarə olunması, hamiləlik ağırlaşmaları, hamiləlik və südvermə dövründə immunosupressivlərin istifadəsi barədə ətraflı məlumat verib.

Təranə Bayramova çıxışının soununda klinik tövsiyələr vermiş və konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Həmçinin, tədbirdə Azərbaycanda transplantologiya sahəsinin mövcud vəziyyəti, bu sahədə həyata keçirilən unikal əməliyatlar barədə məlumatlar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib