İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə əməkdaşlıq edəcək
24.02.2022 10:43

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev “Dördüncü Sənaye İnqilabında Trendlər” mövzusunda keçirilən tədbirdə iştirak edib.

 

Tədbir çərçivəsində Agentlik və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” (Mərkəz) publik hüquqi şəxs arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Sənədi Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Mərkəzin İcraçı direktoru Tamerlan Tağıyev imzalayıblar.

 

İmzalanma mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov iştirak ediblər.

 

Memorandum çərçivəsində rəqəmsal səhiyyə platformasının yaradılması, səhiyyənin rəqəmsallaşması sahəsində birgə təşviqat proqramlarının həyata keçirilməsi, Dördüncü Sənaye İnqilabının yaratdığı imkanların səhiyyə sektorunda tətbiqi və yeni texnologiyaların səhiyyə sahəsinə inteqrasiya imkanlarının araşdırılması üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.  

 

Sənədə əsasən, Mərkəzin beynəlxalq tərəfdaşlarla səhiyyə sahəsində mövcud olan təcrübələrinin öyrənilməsi və Agentliyə ötürülməsi, birgə elmi konfransların təşkili və elmi məqalələrin hazırlanması da həyata keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib