YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında hesabat-seçki yığıncağı keçirilib
23.02.2022 20:53
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Fətəli Xan Xoyski 101 (Nərimanov Tibb Mərkəzi) ünvanlı Ərazi Partiya Təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
 
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov, YAP Nərimanov rayon təşkilatının əməkdaşları və Ərazi Partiya Təşkilatının üzvləri iştirak ediblər.
 
Əvvəlcə Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov çıxış edərək Nərimanov rayon ərazisində bir neçə tibb müəssisəsinin birləşməsi səbəbindən yeni struktur formalaşması ilə bağlı Fətəli Xan Xoyski 101 (Nərimanov Tibb Mərkəzi) ünvanlı Ərazi Partiya Təşkilatında hesabat-seçki yığıncağının yenidən keçirilməsi zərurətinin yarandığını bildirib.
 
Hesabat-seçki iclasının sədr və katibi təyin edildikdən sonra, gündəlikdə duran məsələlər barədə məlumat verilib. Bildirilib ki, hesabat-seçki yığıncağının gündəliyində iki məsələ - ərazi partiya təşkilatı sədrinin partiyanın ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsinin dinlənilməsi, həmçinin yeni sədr və sədr müavininin seçilməsi məsələləri durur.
 
Yığıncaqda partiya üzvlərinin yekdil qərarı ilə Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov yenidən Fətəli Xan Xoyski 101 (Nərimanov Tibb Mərkəzi) ünvanlı Ərazi Partiya Təşkilatının sədri, Sevinc Nəzərova isə sədr müavini seçiliblər. 
 
Sonda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən rəhbərlik edilən Yeni Azərbaycan Partiyasının bu gün ölkədə ən nüfuzlu siyasi qurum olduğunu diqqətə çatdırıb. O, partiyanın VII Qurultayından bəhs edib, yeni Nizamnamə və proqramın qəbul edilməsi, eləcə də struktur dəyişiklikləri barədə ətraflı məlumat verib. Samir Vəliyev rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələrdən danışıb, ərazi partiya təşkilatının daha sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində yeni heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib