Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının 2022-ci ildə ilk iclası keçirilib
23.02.2022 15:53

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının 2022-ci ildə birinci iclası keçirilib.

 

“Zoom” proqramı üzərindən keçirilən iclası AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.

 

İclasda biologiya və tibb elm sahələri üzrə dissertasiya mövzularının təsdiqi üçün 26 iş (tibb üzrə 21, botanika üzrə 2, ekologiya üzrə 2, biokimya üzrə 1) müzakirəyə çıxarılıb.

 

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə Problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

 

Müzakirəyə çıxarılmış bir sıra mövzuların adında dəyişikliklər edilməklə 25 iş müsbət qiymətləndirilib və qeydiyyata alınıb, biokimya ixtisası üzrə 1 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”