İTSDA-nın İdarə Heyətinin sədri ÜST nümayəndəsi ilə görüşüb
22.02.2022 18:13

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin proqram meneceri Datta Siddhartha Sankar və eyni bölmənin Analiz və monitorinq şöbəsinin qrup rəhbəri Roberta Pastore ilə görüşüb.

 

Aztibb.az xəbər verir ki, görüşdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, ÜST-ün Azərbaycan ofisinin rəhbəri Hande Harmancı və “COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsi”nin Azərbaycan üzrə meneceri Sevinc Həsənova, Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, TƏBİB-in Strateji İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva iştirak ediblər.

 

Görüşdə 2021-ci ilin iyun ayından Avropa İttifaqı və ÜST-ün birgə həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsi” haqqında danışılıb. Qeyd olunub ki, layihə çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə   peyvəndlərin soyuq zəncir prinsipinə uyğun olaraq daşınması və saxlanılması üçün avadanlıqların təhvil verilməsi planlaşdırılır.

 

Vurğulanıb ki, layihə çərçivəsində indiyədək paytaxt və bölgələrdəki tibb müəssisələrində çalışan 673-ü həkim və 2204-ü tibb bacısı olmaqla ümumilikdə peyvəndləmə prosesində iştirak edən 2877 tibb işçisinə təlimlər keçirilib. Görüşdə həmçinin ÜST-ün Azərbaycana rutin immunizasiya ilə bağlı dəstəyi, peyvəndlənmənin əhalinin sağlamlığının qorunmasında əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, 24 fevraladək davam edəcək səfərin məqsədi ölkə üzrə COVID-19 əleyhinə vaksinasiyaya və 2030-cu ilədək həyata keçirilməsi nəzərdə tutulan Avropa üzrə immunlaşdırma gündəliyinə istinadən rutin immunlaşdırma ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək məsələlərini müzakirə etməkdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib