ÜST mütəxəssisləri Azərbaycanda səfərdədir - FOTO
21.02.2022 17:58

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  Avropa üzrə Regional Ofisinin mütəxəssisləri Azərbaycana səfər edib.

 

ÜST-nin Azərbaycan nümayəndəliyindən bildirilib ki, səfər çərçivəsində yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə bir sıra görüşlər təşkil ediləcək. Görüşlərdə ÜST-nin Avropa üzrə Regional Ofisinin ekspertlərinin missiyası çərçivəsində Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünə dair müzakirələrin keçirilməsi planlaşdırılır.

 

Bu gün COVID-19 vaksinasiya kampaniyasının nəzərdən keçirilməsi və Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünə uyğun olaraq, Azərbaycanda müntəzəm immunizasiya tədbirlərinin planlaşdırılmasına dəstək məqsədilə beynəlxalq tərəfdaşlarla görüş keçirilib. Tədbir zamanı ÜST-nin Avropa üzrə Regional Ofisinin nümayəndələri, peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma üzrə ekspert və proqram meneceri Siddhartha Sankar Datta və peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma, analiz və monitorinq üzrə ekspert və qrup rəhbəri Roberta Pastore Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi üçün immunizasiyaya yatırılan sərmayələrin əhəmiyyəti və ÜST Avropanın İmmunlaşdırma Gündəliyinə dair planları haqqında məlumat təqdim edibər. Bununla yanaşı, görüş zamanı “Heç kəs kənarda qalmasın” şüarı çərçivəsində davamlı immunizasiya sistemləri ilə bağlı müzakirələr aparılıb. Görüş iştirakçıları əməkdaşlıq və Səhiyyə Nazirliyinə mövcud dəstəyin genişləndirilməsi, BMT agentlikləri, Aİ, Asiya İnkişaf Bankı (AİB), Dünya Bankı, beynəlxalq təşkilatların rolu və digər məsələlərə toxunublar.

 

Üç günlük missiya çərçivəsində Avropa üzrə Regional Ofisin ekspertləri və ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı yerli səhiyyə qurumları – Səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov və digər rəsmilərlə görüşlər keçirərək COVID-19 vaksinasiyası və müntəzəm immunizasiya məsələləri ilə bağlı cari vəziyyəti, habelə gələcək planları və perspektivləri müzakirə edəcəklər.

 

ÜST-nin Avropa üzrə Regional Ofisinin mütəxəssisləri COVID-19 vaksinasiyası və müntəzəm immunizasiya çərçivəsində əraziyə birgünlük səfər planlaşdırırlar. Missiyanın üçüncü günündə ÜST Azərbaycan yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə “Fəaliyyət üçün məlumat” adı altında sessiya keçirəcəkdir. Tədbirin əsas məqsədi effektiv strategiyaların işlənib-hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmağın əhəmiyyətini müzakirə etməkdir.

 

Avropa İmmunlaşdırma Gündəliyi 2030 (EIA2030) növbəti onillikdə ÜST-nin Avropa bölgəsində vaksinasiyadan tam faydalanma məqsədi daşıyan baxış və strategiyasıdır.

 

Azərbaycan da daxil olmaqla, 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və gündəlik immunizasiya proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üç illik “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb.

 

Bu layihə Avropa İttifaqı və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

ÇOX OXUNANLAR
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
 Yardımlı rayonunda “Dərsimiz Sağlamlıq” adlı maarifləndirici görüş keçirilib   
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
Revmatoid artritlə mübarizədə ümidverici yeni vasitə aşkar edilib
Təzyiq xəstələri üçün yeni ümid - 
Təcrübəli həkim Nərgiz Kərimova Milli İdman Tibb və Reabilitasiya İnstitutunda işə başlayıb