ATU-da laparoskopik cərrahiyyəyə dair beynəlxalq simpozium keçirilib
20.02.2022 23:16

Azərbaycan Tibb Universitetində (ATU) “Laparoskopik cərrahiyyə: imkanları və üstünlükləri” mövzusunda beynəlxalq elmi-praktiki simpozium keçirilib.

 

Respublika Müalicə və Diaqnostika Mərkəzi, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti  və Türkiyənin üç tibbi dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu sahədə dünyanın müxtəlif ölkələrində tətbiq olunan müalicə metodları, yeniliklər barədə məlumat verilib.

 

Tədbirdə çıxış edən Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin rəhbəri, professor Müsfiq Həsənov, Respublika Diaqnostika Mərkəzinin baş həkimi Könül Xəlilova və Türkiyənin Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin başqanı, professor Cavit Avcı beynəlxalq simpoziumun əhəmiyyətindən danışıblar.

 

Daha sonra Türkiyənin Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin qurucusu, professor Levent Avtan, Travma və Təcili Cərrahi Dərnəyin rəhbəri, professor Orxan Alimoglu, Ostomi Cərrahi Dərnəyinin başqanı, professor Ömər Alabas, İstanbul Tibb Universitetinin professoru Hakan Yanar, eləcə də ATU-nun Ümumi Cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev, ATU-nun II Cərrahiyyə kafedrasının müdiri, professor Rauf Ağayev və dosenti Rasim Cəfərli  qarın boşluğu üzvləri xəstəliklərinin müalicəsində laparoskopiyanın üstünlüklərinə dair məruzələrlə çıxış ediblər.

 

Simpoziumda, həmçinin təcili cərrahiyyədə laparoskopiya, qastroektonomiyada cərrahi texniki detallar, qaraciyər exinokkozunun diaqnostikası və müalicəsində laparoskopik əməliyyatların xüsusiyyətləri və digər məsələlər barədə mütəxəssislərin fikirləri səsləndirilib.

 

Sonda məruzəçilər onlara ünvanlanan sualları cavablandırıblar.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib