Səhərlər boğaz ağrısı xərçəng xəstəliyinin ilkin əlaməti ola bilər
20.02.2022 18:00

Səhərlər yuxudan oyandıqda müşahidə edilən boğaz ağrısı onkoloji xəstəliyin ilkin əlamətlərindən biri ola bilər.

 

Aztibb.az iz.ru-ya istinadən xəbər verir ki, bunu britaniyalı tibb müətəxəssisi Abbas Kənani deyib.

 

Mütəxəssis bildirib ki, boğaz ağrısı xərçəng xəstəliyinin ümumi xüsusiyyətidir, yuxudan oyananda nəzərə çarpır.

 

"İki həftədən çox davam edən və heç bir yaxşılaşma əlaməti olmayan şiddətli boğaz ağrısı ilə oyanmaq bir əlamət ola bilər", - mütəxəssis xəbərdarlıq edib.

 

Abbas Kənaninin fikrincə, xərçəngin ilkin əlamətlərinə səhərlər öskürək və səhər tezdən axşama qədər həddindən artıq müşahidə edilən yorğunluq da daxildir. Mütəxəssis qeyd edib ki, səhər saatlarında insanın özünü bir az yorğun hiss etməsində qorxulu heç nə yoxdur, lakin bu qeyri-adidirsə, onda tibbi müayinədən keçmək lazımdır.

 

Britaniyanın tanınmış tibb mütəxəssisi Sanjay Mehta da daha əvvəl bildirib ki, mədə xərçənginin bəzi əlamətləri erkən görünə bilər və beləliklə, xəstəliyin daha tez diaqnoz qoyulmasına imkan verir. O qeyd edib ki, çox vaxt mədə xərçəngi gec mərhələdə aşkarlanır, çünki onun ilk əlamətləri qeyri-müəyyən olur və pasiyent əlamətləri başqa xəstəliklərlə qarışdıra bilər. Mehta mümkün əlamətlər arasında mədə qıcqırması, həzm sisteminin pozuntusu, iştahda dəyişikliklər, o cümlədən az miqdarda yeməkdən sonra toxluq hissi, həmçinin ürəkbulanma və qusma kimi halları qeyd edib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu