ADA universitetinin tələbələri narkotiklərin fəsadları barədə məlumatlandırılıb
18.02.2022 18:44

ADA Universitetində gənclər üçün “Bu gün və gələcək üçün təhlükə: Yeni sintetik narkotiklər və psixoaktiv maddələr” mövzusunda təlim keçirilib.

 

Aztibb.az xəbər verir ki, təlimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, Avropa Toksikoloqlar və Toksikoloji Mərkəz Assosiasiyasının üzvü, Bakı şəhərinin baş toksikoloqu, t.f.d., dosent İsmayıl Əfəndiyev yeni sintetik narkotiklər, psixoaktiv maddələrin növləri, onların insan orqanizmində yaratdığı fəsadlar və bu təhlükələrlə mübarizə yolları barədə məlumat verib.

 

O, “Yeni sintetik narkotikərlə zəhərlənmələrin diaqnostika və müalicəsinə dair müasir yanaşmalar” mövzsunda məruzə ilə çıxış edib. İsmayıl Əfəndiyev 2010-cu və 2020-ci illərdə narkotiklərin istifadəsinin struktur dəyişikliyi, opium qrupuna daxil olan narkotik maddələr, dərman preparatlarının tərkibində olan narkotik vasitələr, eləcə də bu preparatların satışı qaydaları, bəzi yayılmış narkotik vasitələrin xüsusiyyətləri, təsirləri və yaratdıqları fəsadlarından bəhs edib.

 

Məruzıçi bildirib ki, narkotik barədə danışanda, ilk növbədə insanın ağlına heroin, kokain, xaşxaş kimi psixoaktiv maddələr, həmçinin son dövrlərdə dırnaqarası çox populyar olan "patı" deyilən psixoaktiv maddə gəlir. Psixoaktiv və narkotik maddələrin siyahısı böyükdür. Azərbaycan üçün ən klassik narkotik qrupu opium qrupudur. Bu qrupa xam opium, xaşxaş samanı, asetilləşmiş opium, heroin, metodon, tibbi preparatlar: morfin, promedol və s. daxildir.

 

Dr.İsmayıl Əfəndiyev narkotiklər barədə çoxlu sayda bu cür maraqlı faktlara toxunaraq, narkotik vasitələrin insan orqanizmində yaratdığı fəsadlardan, qəfil ölümlərdən də danışıb.

 

Təlimdə ADA Universitetinin 30 nəfərə yaxın tələbəsi iştirak edib.

 

Tədbirin sonunda İsmayıl Əfəndiyev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.  

 

Qeyd edək ki, təlim Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin ADA Universiteti ilə əməkdaşlığı çərçivəsində keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib