İsraildən olan beynəlxalq qurumun nümayəndələri ATU-nun qonağı olub - FOTO
18.02.2022 09:55

Ölkəmizdə xarici tələbə sayına görə lider olan Azərbaycan Tibb Universitetində (ATU) hazırda  2 mindən artıq əcnəbi gənc təhsil alır. Onlar arasında Türkiyə, İran, Rusiya ilə yanaşı, Ukrayna, Böyük Britaniya, Rumıniya, İsrail, Fransa və digər Avropa ölkələrindən nümayəndələr də var. ATU güclü səhiyyə sistemi ilə fərqlənən İsraildən də tələbələrin sayının artmasında maraqlıdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə  ATU-nun rektoru, professor Gəray Gəraybəyli İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplunla görüşdə bildirib.

 

Professor G.Gəraybəyli görüş zamanı universitetin son illərdəki fəaliyyəti, ali məktəbdə tədris sistemi, aparılan islahatlar barəsində məlumat verib. Rektor qeyd edib ki, qısa müddət əvvəl ATU-nun beynəlxalq akkreditasiyadan keçməsi universitetin dünya səviyyəsində tanınmasına, nüfuzunun artmasına və təbii, xarici tələbələrinin sayının çoxalmasına yol açacaq. Professor G.Gəraybəyli həmçinin ATU-nun əməkdaşlıq etdiyi xarici ali məktəblər sırasında İsrailin Ben Qurion Universitetinin xüsusi yer tutduğunu da vurğulayıb.

 

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Təşkilatın İsrail dövləti ilə Azərbaycan Respublikası arasında ticarət, humanitar və digər sahələrdə əlaqələrin inkişafına yönəlik fəaliyyət göstərdiyini, bu sırada tibb sahəsində fəaliyyətin də mühüm yer tutduğunu bildirib. Aleks Kaplun İsraildə tibb təhsili sistemi barəsində danışıb, ATU ilə əlaqələrin bu istiqamətdə qarşılıqlı münasibətlərin dərinləşdirilməsinə yardım olacağını bildirib. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb.

 

Qeyd edək ki, görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak edirdilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub