ATU-nun İctimai səhiyyə fakültəsinin tələbələri məzunlarla görüşüblər
17.02.2022 17:14

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsində tələbələrin əvvəlki illərin məzunları ilə görüşü təşkil olunub. Məqsəd pandemiya ilə əlaqədar yaranmış durğunluğu aradan qaldırmaq, tələbələr və məzunlar arasında əlaqələri gücləndirməkdən ibarət olub. 

 

Görüşdə ATU-nun və konkret olaraq İctimai səhiyyə fakültəsinin ictimai layihələrində fəallıq nümayiş etdirən, Tibbi profilaktika, İctimai səhiyyə, Ali tibb bacısı, Fizioterapiya və reabilitasiya kimi fərqli ixtisaslar üzrə təhsil alan aşağı kurs tələbələri iştirak ediblər. Onlar fakültənin məzunlarından Aynur Məmmədli, Gülər Məhərrəmova və Sərdar Ociyevlə görüşüblər.

 

3 saat davam edən görüşdə maraqlı müzakirələr aparılıb. Məzunlar öz təcrübələrini tələbələrlə bölüşərək, komanda işinin üstünlüklərindən danışıblar. Görüş iştirakçıları hədəf qoyulan fəaliyyət planını və layihələri müzakirə ediblər.

 

Qeyd edək ki, görüşdə ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, dekan müavini, dosent Qalin Qəniyeva və tədris məsləhətçisi Nailə Məmmədova da iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub