"Pandemiya dövründə miopiyanın inkişafı riski yüksəkdir" - Həkim-oftalmoloq Aynurə Əliyeva
09.09.2020 00:34

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva "Facebook" sosial şəbəkəsində “Uşaqlarda miopiyanın inkişafının qarşısını necə almaq olar?” sualını cavablandırıb.

 

Həkim bildirib ki, uşaqlıq dövründə aşkarlanan miopiya xəstəliyi rəqəmsal cihazların təsiri altında daha da inkişaf edir. Bu xəstəlik həm anadangəlmə, həm də sonradan yarana bilər. Son illərdə aparılan müayinələr zamanı bu patalogiyaya daha çox rast gəlinir. Belə ki, virtual distant təhsil alan uşaqlar rəqəmsal cihazlar qarşısında çox vaxt keçirməli olurlar. Miopiya xəstəliyindən əziyyət çəkənlər uzağa görmə korreksiyası üçün mənfi sferik linzalı eynəklərdən istifadə edirlər:

 

"Amerika Optometrik Cəmiyyətinin apardığı araşdırmalar göstərib ki, miop uşaqlar, yeniyetmə və gənclər digər həmyaşıdları ilə müqayisədə hər gün iki dəfə artıq smartfonlardan istifadə edirlər və rəqəmsal cihazlarla daha çox vaxt keçirirlər. Araşdırmalar göstərib ki, normal görməsi olan uşaq hər gün təxminən 614 МB göstərici ilə 4 saat telefonla vaxt keçirir, mioplar isə təxminən 1131 МB göstərici ilə 5 saat telefonla vaxt keçirirlər. Pandemiya dövründə miopiyanın inkişafı riski yüksəkdir.

 

Eynəyi lazım olmadıqda çıxarmayan şəxslərin gözlərində gərginlik artır. Eyni zamanda rəqəmsal cihazların gözdən aralılıq məsafəsi, onunla keçirilən vaxt, cihazın ölçüsü, kontrast, işıq spektri faktorları gözlərdə yorğunluq, gərginlik, quruluq, qızartı və ağrı şikayətləri yaradır. Bu şikayətlərin qarşısını almaq üçün uşaqlar 40 dəqiqədən bir ən azı 5 dəqiqə müddətində fasilə etməli, gözlərini 1 dəqiqədə 15 qırpma etməli, gözləri bərk basmamaq şərti ilə masaj etməli, hər gün 10 dəqiqə göz gimnastikası etməli, sutkada 8 saat yatmalı, açıq havada vaxt keçirməli və vitaminli qidalanmalıdırlar".

 

A.Əliyeva əks halda refraksiya qüsurunun qazanılacağını, yaxud artıq aşkarlanmış refraksiya qüsurunun proqressivləşə biləcəyini deyib. Əlavə edib ki, tədris ilinin başlanması və distant təhsilin labudlüyünü nəzərə alaraq miopiya xəstəliyi olan uşaqlar mütəmadi olaraq göz müayinəsindən keçməlidirlər.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib