Mərkəzi Gömrük Hospitalı Rusiya şirkəti ilə əməkdaşlıq əlaqələri qurur
17.02.2022 10:23
16 fevral 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Rusiyanın “Alkor Bio Group”un nümayəndə heyəti ilə görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, şirkətin kommersiya direktoru Aleksandr Reşetnikov və İxrac satışları şöbəsinin rəhbəri Vladislav Vorotnikov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə rəis müavini Bəxtiyar Musayev, PZR laboratoriyanın həkim laborantı Səbinə İbrahimova, Alqı-satqı və təchizat şöbəsinin rəisi Rəşad Fərəcov və Tibbi laboratoriya şöbəsinin rəisi Sevinc Gülmalıyeva ilə görüşüblər.
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası, bu sahədə qazanılan təcrübə və yeniliklər barədə ətraflı məlumat verib. İsmayıl Əfəndiyev bildirib ki, Azərbaycanda pandemiya ilə mübarizənin ilk günlərindən Mərkəzi Gömrük Hospitlının tibb heyəti həm sərhədlərdə, həm də ölkə daxilində COVID-19 xəstəliyi ilə mübarizəyə qoşulan öncüllər sırasında olub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə 2020-ci ilin aprel ayından Hospitalda ən innovativ tibbi avadanlıqlarla təmin edilən PZR laboratoriya fəaliyyətə başlayıb. Real vaxtlı PZR Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir.
 
Həmçinin, Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 "Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər" beynəlxalq keyfiyyət standartı üzrə audit akkreditasiyasını 2021-ci ildə üçüncü dəfə müvəffəqiyyətlə keçərək, ISO 15189:2012 beynəlxalq keyfiyyət standartına uyğun olduğunu bir daha təsdiq edib.
 
“Alkor Bio Group”un kommersiya direktoru Aleksandr Reşetnikov şirkətin istehsal etdiyi hormonal diaqnostika üçün test-sistemləri, Daun sindromunun prenatal skrininqi üçün dəstlər və proqram təminatı, biomaterialın yığılması və saxlanması üçün DNT-kartlar, irsi tromboflibiyanin aşkar edilməsi üçün reagentlər və digər məhsullar barədə ətraflı məlumat verib. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələsi müzakirə edilib.
 
Qeyd edək ki, Rusiyanın “Alkor Bio” şirkətlər qrupu 1992-ci ildən fəaliyyət göstərir. “Alkor Bio” şirkətlər qrupu Rusiyanın laborator diaqnostika üçün reagentlərin yığılması bazarında ilk üçlüyə daxildir. Eyni zamanda, hormonal və in vitro allerqodiaqnostika üçün məhsul istehsalçısı kimi ilk yerləri tutur. Yüksək keyfiyyətli məhsullar, çeşidin daim genişləndirilməsi, müştərilərinin ehtiyaclarına daimi diqqət – bütün bunlar yüksək biotexnologiyalar sahəsində “Alkor Bio Group”a nailiyyətlər əldə etməyə zəmin yaratmışdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub