ÜST tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasında təlimlər təşkil olunub
16.02.2022 11:45

7-12 fevral tarixlərini əhatə edən Təcili Tibbi Yardım Sisteminin Təkmilləşdirilməsi Həftəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ölkə ofisi tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasında “Təcili tibbi yardımda xəstəliklərin idarə olunması” və “Təkmil kardiovaskulyar həyata dəstək” kursları təşkil edilib.

 

Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıq çərçivəsində keçirilən kurslar türkiyəli mütəxəssislər tərəfindən tədris olunub. Kurslar, həmçinin Tibb Universitetinin Təcili Tibb kafedrasının işçilərinin, eləcə də Klinik Tibbi Mərkəzin, Respublika Klinik Xəstəxanasının, Sumqayıt və Şamaxı regionlarındakı tibb müəssisələrinin təcili tibbi yardım işçilərinin təcili tibbi yardım zamanı ortaya çıxan xəstəliklərin müalicəsi üzrə peşə biliklərinin inkişaf etdirilməsi məqsədi ilə təşkil olunub.

 

“Təcili tibbi yardımda xəstəliklərin idarə olunması” kursu ərzində iştirakçılar təcili yardımda tez-tez rast gəlinən 6 müxtəlif halın idarə olunması üzrə 3 müxtəlif situativ izah vasitəsilə praktiki biliklər əldə ediblər.

 

Təlim proqramının ikinci hissəsini ehtiva edən “Təkmil kardiovaskulyar həyata dəstək” kursunda isə iştirakçılar ürək-damar xəstəliklərinə səbəb olan və həyati təhlükə yaradan halların mütərəqqi tibbi prosedurlar və dərmanların köməyilə aradan qaldırılmasına dair texniki bacarıqlarını artırıblar.

 

Ümumilikdə, 7-12 fevral tarixləri arasında keçirilən kurslar Azərbaycanda təcili tibbi yardım xidmətinin təşkilinin gücləndirilməsini hədəfləməklə, Ümumdünya Səhiyyə Təşkilatının yerli tibb işçilərinin müvafiq bilik və bacarıqlarının artırılması istiqamətində gördüyü tədbirlər silsiləsinin tərkib hissəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər