Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi “Award For Partnership To End TB” mükafatına layiq görülüb
15.02.2022 09:27

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rafael Mehdiyevlə Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının üzvləri arasında görüş keçirilib.

 

Aztibb.az xəbər verir ki, görüş zamanı idarə rəisi Rafael Mehdiyev Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin fəaliyyəti ilə bağlı məlumat verib. O, eyni zamandaAzərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının fəaliyyətini yaxından izlədiyin bildirib.

 

Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının sədri, Sağlamlığa Xidmət İctimai Birliyinin rəhbəri Elçin Muxtarlı koalisiya üzvlərini qəbul etdiyi üçün Rafael Mehdiyevə təşəkkür edib.

 

Elçin Muxtarlı qeyd edib ki, rəhbərlik etdiyi qurum Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramı (TB REP 2) çərçivəsində 10 ölkənin 21 dövlət qurumu nümayəndəsini vərəmə son qoyulması sahəsində çoxsahəli tərəfdaşlığın inkişafına verdiyi mühüm töhfəyə və vərəm sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları və icmalarla əməkdaşlığa açıq olduğuna görə “Award For Partnership To End TB” (Vərəmə son qoymaq üçün tərəfdaş mükafatı) ilə təltif edib.

 

Bildirib ki, Vərəm Üzrə Avropa Koalisiyasının qərarına görə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev də bu mükafata layiq görülüb.

 

Daha sonra Koalisiya sədri Vərəm Üzrə Avropa Koalisiyası adından mükafatı Rafael Mehdiyevə təqdim edib.

 

Görüş müzakirələrlə davam edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub