TƏBİB nümayəndələri bir sıra tibb müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub
14.02.2022 17:42

TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, İxtisaslaşdırılmış tibbi yardım xidmətinin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva və Multidisiplinar tibbi xidmətin təşkili şöbəsinin məsləhətçisi Ceyran Abdullayeva “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi tabeliyində olan Sumqayıt 1 saylı Şəhər Xəstəxanası, Sumqayıt Perinatal Mərkəz, Sumqayıt Şəhər Uşaq Xəstəxanası, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanalarında olub.

 

Görüş zamanı tibb müəssisələrinin rəhbərliyi, müvafiq şöbə müdirləri, məsul tibb işçiləri ilə birlikdə müxtəlif profilli şöbə və bölmələrə ümumi baxış keçirilib. Tibb müəssisələrinin rəhbərləri və personalı tərəfindən ünvanlanan suallara aydınlıq gətirilib, irəli sürülən təkliflər dinlənilib.

 

Məlumat üçün qeyd edək ki, xəstəxanalarda tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun artırılması istiqamətində müvafiq departamentin iştirakı ilə mütəmadi olaraq görüşlər keçirilir, həyata keçirilən işlərlə yaxından tanış olunur, eyni zamanda tibb müəssisə rəhbərlərinə və şöbə müdirlərinə zəruri tapşırıqlar verilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib