Acı bibərin FAYDALARI
08.09.2020 16:27

Dünya mətbəxlərində geniş istifadə olunan acı bibərin bir çox faydaları vardır. Mütəxəssislər qeyd edirlər ki, tərkibindəki beta karoten, C vitamini, kapsaisin və antioksidanlar sayəsində metabolizmanı sürətləndirir və xərçəngin qarşısını alır. Aztibb.az acı bibərin faydalarını təqdim edir:

 

- Xolestrolu aşağı salır

Bir ədviyyə olaraq da geniş istifadə olunan bibər fizioloji və farmakoloji təsirlərə malikdir. O, xolestrolun bədəndən atılması üçün önəmli olan öd turşularını da artırır.

 

- Metabolizmanı sürətləndirir

Acı bibər metobalizmanı sürətləndirir. Lifli tərkibi və acı təsiri ilə bağırsaqların işləməsinə kömək edir, qəbzliyin qarşısını alır. Acı bibər metobalizmanı sürətləndirdiyi üçün çəkisini nəzarətdə saxlamaq istəyənlərin də yeyə biləcəyi bir tərəvəzdir. Amma həddindən artıq yeyilməməlidir. Gündə 2 ədədi keçməməkdə fayda var. Xüsusi ilə xorası olanlarda mədədə problemlərə səbəb ola bilər.

 

- İmmunitet sistemini gücləndirir

Acı bibərin tərkibində yüksək miqdarda beta karoten mövcud olduğundan xərçəngə qarşı qoruyucu təsir göstərir.

C vitamini isə immunitet sistemini gücləndirib, ümumi olaraq xəstəliklərə qarşı bir çətir rolunu oynayır.

 

- Bədənin müqavimətini artırır

Tərkibindəki kapsaisin bibərə acı dad verməklə yanaşı, bir çox faydası da var. Bütün dünyada yetişən bibər bədənin vitamin, kalsium və potasium ehtiyacını da qarşılayır. Beləliklə, bədənin müqavimətini artırmaqla bərabər, xəstəliklərə qarşı da qoruyur.

Aparılan araşdırmalara görə, acı bibərdə olan kapsaisin eyni zamanda ağrıkəsici xüsusiyyətə də malikdir. Kapsaisinin krem şəklində olan forması da xüsusi ilə əzələ ağrısı, diabetik xəstələrdə, ayaq yanmalarında ağrıkəsici kimi tətbiq olunur və bir neçə gün sonra təsirini göstərməyə başlayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib