Şimpanzelər bir-birini həşəratlarla müalicə edir
10.02.2022 10:52

Osnabrük Universiteti və Maks Plank Cəmiyyətinin Təkamül Antropologiyası İnstitutunun bir qrup tədqiqatçısı Qabonun milli parklarından birində şimpanzelər üzərində müşahidələr aparıblar. Hələ üç il əvvəl onlar dişi meymunun birdən nəyisə ağzına götürərək öz erkək balasının açıq yarasının üstünə qoyduğunu müşahidə ediblər. 

 

Aztibb.az focus.ua saytına istinadla xəbər verir ki, alimlər şimpanzelərin bir-birini həşəratlarla müalicə etdiyinin şahidi olublar.

 

Şimpanzelərin bir-birinə qulluq etməsi təəccüb doğurmur: inkişaf etmiş sosial həyatı olan canlılar belə davranışa malikdir, onlar bir-birinin dərisində çirk və parazit axtarır, tapır, təmizləyir. Təəccüblü olan yaranın üstünə həşəratın qoyulmasıdır. Özü də həşərat oradan qaçmaq istəyərkən şimpanze onu həmin yerə qaytarır. Şimpanzenin bu yolla sağalmağa çalışıb-çalışmaması, eləcə də həşəratı nə üçün yaranın üstünə qoyması hələ aydın deyil. Hesab edilir ki, bəzi həşəratlarda antibakterial, hətta virus əleyhinə xüsusiyyətlər var. İnsanların da “həşərat terapiyası”ndan istifadə etdiyi hallar olur.

 

Şimpanzenin həşəratlarla müalicə olunmasına qəti sübut hələ ki yoxdur, lakin “Current Biology” nəşrində bununla bağlı silsilə müşahidələr ətraflı təsvir olunub. Yaxın vaxtlarda alimlər şimpanzenin yaranın üstünə hansı həşəratları qoyduğunu müəyyənləşdirməyə hazırlaşırlar ki, bu halda bəzi məsələlər aydınlaşa bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib