Onkoloq Rəna Niftəliyeva: "Süd vəzi əməliyyatından sonra həkimin tövsiyə etdiyi idman hərəkətlərinə başlayın"
07.02.2022 10:36
Bioloji Təbabət Klinikasının onkoloqu Rəna Niftəliyeva süd vəzi əməliyyatı keçirtmiş xanımlara bir sıra tövsiyyələrini verib.
 
Həkim bəzən əməliyyatdan sonra nə etməli olduğunu bilməyən pasiyentlərə rast gəldiyini söyləyib: "Xanımlar həkimləri tərəfindən məlumatlandırıldığını bildirir, lakin söhbət zamanı özlərinin də bununla maraqlanmadığı məlum olur".
 
Onkoloq qeyd edib ki, cərrahi əməliyyat zamanı süd vəzinin bir hissəsi və ya hamısı qoltuqaltı limfa düyünləri ilə birlikdə çıxarılır. Bu zaman həmin nahiyədə limfa dövranı, limfa axını pozulur və bu, gələcəkdə qolun şişməsinə səbəb olur.
 
Rəna Niftəliyeva əməliyyatdan sonra davamlı olaraq həkimin tövsiyə etdiyi idman hərəkətlərinə başlamağı məsləhət görüb. O, əməliyyat sonrası diqqət edilməli əsas məqamlara diqqət çəkib:
 
- Düzgün qidalanma. Süd vəzi əməliyyatından sonra qadağa qoyulan xüsusi qida yoxdur. Yalnız tərkibində fitoestrogen olan soya, mərci kimi qidalardan, qırmızı ət, rafine şəkər, brokoli kimi qidaların çox qəbul olunması tövsiyə olunmur. Ümumiyyətlə isə, maye qəbulunun çoxaldılması, sağlam qidalanma məsləhətdir;
- Kilo almamağa çalışmaq. Bu xəstəliyin təkrarlanması riskini artırır. Bunun üçün artıq kalorili, heyvani yağlardan uzaq durun, çox hərəkət edin;
- Alkoqoldan istifadə etmək olmaz. (Xüsusilə dərman qəbul edirsinizsə alkoqoldan uzaq durun);
- Siqaret kimi zərərli vərdişlərdən uzaq olun. Siqaretdə xərçəng əmələ gətirən kimyəvi maddələr və ağır metallar var ki, bunlar immun sistemini zəiflədir, maddələr mübadiləsini pozur və xərçəng yaradır;
- Pozitiv olun. Bunun üçün gərəkirsə psixoloq məsləhətindən istifadə edin.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib