Alkotester əsasında koronavirusu aşkar edə bilən cihaz yaradılıb
04.02.2022 16:26

Avstraliyanın “Examine Holdings” texnoloji şirkətinin mütəxəssisləri adi alkotester əsasında nəfəs verilən zaman qaytarılan havada SARS-CoV-2-nin mövcudluğunu aşkar etməyə imkan verən cihaz yaratmağa nail olublar.

 

Aztibb.az bu barədə regnum.ru-ya istinadən xəbər verir.

 

"Bu, istifadəsi çox asan bir cihazdır. Lazım olan tək şey cihazdakı xüsusi dəliyə beş saniyə ərzində nəfəs verməkdir. Tester tənəffüs edilən havanın tərkibində olan maddələrin təhlilini aparacaq və COVID-19 üçün analizin nəticəsini kodlaşdıraraq, QR kodu verəcək”, - deyə "Examine Holdings"in direktoru Kolin Hikki bildirib.

 

O, qeyd edib ki, testin cavabını bir neçə dəqiqə sonra, QR kodu müvafiq cihazla oxuyaraq almaq olar.

 

Cihazın ilkin sınaqları sübut edib ki, onun dəqiqliyi azı 98% təşkil edir və o, koronavirusun mövcudluğunu infeksiyadan dərhal sonra aşkar etməyə qadirdir.

 

Avstraliyanın Sənaye Naziri Anqus Taylor bildirib ki, hökumət bu şirkətə inkişaf səylərində ehtiyac duyduğu dəstəyi göstərmək üçün səbirsizliklə gözləyir. Federal hakimiyyət orqanları artıq "Examine Holdings"ə cihazın sınaqdan keçirilməsi və sənaye istehsalının təşkili üçün gələcək işləri maliyyələşdirmək üçün təxminən 464 min ABŞ dolları məbləğində qrant təklif edib.

 

Şirkət bu ilin martında test cihazının kütləvi istehsalına başlamağa ümid edir ki, 2022-ci il aprelin sonu və ya may ayının əvvəlində açıq satışa çıxsın.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib