Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq konfransda çıxış edib
01.02.2022 10:09
Mərkəzi Gömrük Hospitalının damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Səbuhi Dadaşov 26-28 yanvar 2022-ci il tarixlərində Azərbaycan Tibb Universitetində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və "Uptodate in Medicine"nin təşkilatçılığı ilə təşkil edilmiş “Antikoaqulyasiya məktəbi” mövzusunda keçirilən konfransda iştirak edib.
 
Aztibb.az xəbər verir ki, S.Dadaşov konfransda “Dərin damarların trombozu və pulmonar emboliya zamanı antikoaqulyasiya” adlı məruzə ilə çıxış edib. Dərin damarların trombozu barədə ətraflı məlumat verən damar cərrahı trombozların növləri, əlamətləri, risk faktorları, irsi və qazanılmış tromboflibiya haqqında ətraflı danışıb.
 
O, çıxışında xəstəliyin risk faktorları arasında daha çox kəskin xəstəliklərin, cərrahi əməliyyatların, travmaların, hərəkətsizliyin, hormonal terapiyanın, onkoloji xəstəliklərin və s. olduğunu qeyd edib. Həmçinin xəstəliyin müalicəsi üçün ən son beynəlxalq protokollara uyğun antikoaqulyant seçimi ilə bağlı tövsiyələrini verib.
 
Konfransda Azərbaycanın və Rusiyanın qabaqcıl tibb müəssisələrinin yüksəkixtisaslı həkimləri, tibb bacıları, rezident-həkimlər və tələbələr iştirak ediblər. Tədbir başa çatdıqdan sonra konfrans iştirakçılarına 15 DTT kredit balı ilə sertifikatlar təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib