Böyrəklərimizin sağlamlığını necə qoruyaq? - Nefroloq AÇIQLADI
31.01.2022 17:33
Böyrəklərimizin əsas funksiyası bədəndə əmələ gələn mübadilənin son məhsullarını və artıq suyu uzaqlaşdırmaqdır. Bu proses bədənimizin daxili mühitinin və kimyəvi tərkibinin stabil saxlanılması üçün çox vacibdir.
 
Aztibb.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin nefroloqu Xəyalə Quluzadə bildirib.
 
O, böyrəklərin qorunması üçün bir sıra “Qızıl qaydalar”ın mövcud olduğunu qeyd edib.
 
Xəyalə Quluzadə böyrəklərin sağlamlığını qorumaq üçün hər kəsə aşağıdakı qaydalara riayət etməyi məsləhət görüb:
 
- Müntəzəm olaraq idmanla məşğul olmaq,
- Çəkini nəzarətdə saxlamaq,
- Düzgün qidalanmaq,
- Siqaret və alkoqoldan uzaq olmaq,
- Arterial təzyiqə nəzarət etmək,
- Duz qəbulunu azaltmaq,
- Ağrıkəsicidən istifadə etməmək,
- Gündəlik ən azı 1.5, 2 litr maye qəbul etmək.
 
Həkim, həmçinin hər bir vətəndaşın ildə ən azı bir dəfə nefroloq tərəfindən müayinədən keçməsini tövsiyə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib