Tibb Universitetinin mütəxəssisləri üçün “Horizon Avropa” proqramı üzrə vebinar keçirilib
31.01.2022 15:15

Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsinin koordinatoru, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin təşkilatçılığı ilə MƏŞ Şəbəkəsinin üzvləri tərəfindən Azərbaycan Tibb Universitetinin alim və mütəxəssisləri üçün “Horizon Avropa”  proqramı üzrə vebinar keçirilib.

 

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayevanın moderatorluğu ilə keçirilən tədbirdə Rəqəmsal, sənaye və kosmos istiqaməti üzrə MƏŞ, İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev Horizon Avropa proqramının yenilikləri, elan edilmiş klasterlər, onların üstünlükləri və maliyyə imkanları, proqramda iştirak yolları haqqında ətraflı məlumat verib.

 

Avropa Tədqiqatları Mərkəzi və COST fəaliyyəti üzrə MƏŞ, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov “Azərbaycan alimləri üçün COST proqramı çərçivəsində imkanlar” mövzusunda təqdimatında COST-a müraciət qaydaları üzrə yeniliklər, bu proqramın imkanları, mövcud layihələr, Azərbaycan mütəxəssislərinin bu proqramda iştirakı üzrə statistik məlumatı diqqətə çatdırıb.

 

Səhiyyə üzrə MƏŞ, Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti və Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunun direktor müavini, tibb üzrə fəlsəfə doktoru Rəhimə Qabulova “Horizon Avropa: tibb üzrə layihə imkanları” mövzusunda təqdimatında qeyd edib ki, müasir tələblərə uyğun olaraq tibb və biotibb sahələri Horizon Avropa proqramının əsas hədəflərindən biri kimi seçilib və proqramın büdcəsinin əhəmiyyətli hissəsi bu istiqamətdə çağırışlar üçün nəzərdə tutulub. O, həmçinin bu istiqamətdə yeni çağırışlar və onlara müraciət qaydaları haqqında məlumat verib.

 

Səhiyyə üzrə MƏŞ, Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasında assistent, tibb üzrə fəlsəfə doktoru Püstə Orucova bu mövzunun davamı olaraq, tibbin aktual istiqamətləri üzrə bir neçə yeni çağırışı iştirakçılara təqdim edib, uyğun çağırışların müəyyənləşdirilməsi, tərəfdaş seçilməsi, müraciətlərin göndərilməsi üzrə fəaliyyət mexanizmlərini diqqətə çatdırıb.

 

Uğurlu nümunə kimi COST fəaliyyəti üzrə layihənin iştirakçısı Azərbaycan Tibb Universitetinin Uşaq-Yeniyetmələrin Sağlamlığı və Əmək Sağlamlığı kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Şəhla Balayeva çıxış edib və COST proqramına müraciət yolları, bu proqramdan istifadənin üstünlükləri, əldə edilən nəticələr haqqında məlumat verib.

 

İqlim, enerji və mobillik istiqaməti üzrə MƏŞ, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Rövşən Kərimov “Horizon Avropa: layihə təkliflərinin tərtibi qaydaları” üzrə təqdimatında layihələrin proqramın tələblərinə cavab verəcək şəkildə hazırlanması, ərizə formalarının strukturu, həmçinin ekspertlər tərəfindən layihələrin qiymətləndirmə meyarları haqqında məlumatı diqqətə çatdırıb.

 

Mari Skladovskaya Küri Proqramı üzrə MƏŞ, Arxeologiya və Etnoqrafiya İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov bu proqram çərçivəsində açılmış yeni imkanlar, nəzərdə tutulmuş büdcə, maliyyə mexanizmləri, doktorant və postdoktorant səviyyəsində mübadilə qrantları, proqrama müraciət mexanizmləri haqqında təqdimat edib.

 

Təqdimatlar ətrafında geniş müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində