Uzman həkim: Ola bilsin soyuqdan deyil, Omikron səbəbindən üşüyürsünüz
30.01.2022 21:52
Qışda üşüməyi soyuq hava səbəbindən normal bir vəziyyət kimi görə bilərik. Amma ehtiyatlı olun. Soyuq havada demək olar ki, hamımızın şikayət etdiyi soyuqluq hissi bəzi xəstəliklərdən və ən əsası Omikrondan xəbər verə bilər.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri uzman həkim Türkər Kundak bildirib. Mütəxəssis qeyd edib ki, soyuq havada kifayət qədər qalın geyinmədən bayıra çıxanda, daxili istilik sistemi lazımi temperatur rejimində olmadıqda, özümüzü üşümüş hiss edirik.
 
“Üşüməyimiz adi qəbul edilməməlidir, çünki bu Omikron variantının mühüm simptomu ola bilər. Bundan əlavə, bir çox başqa ciddi xəstəliklərə səbəb ola biləcəyi üçün, xüsusilə də infeksiyanın olmadığı və soyuqdəymə şikayətinin artığı hallarda mütləq həkimə müraciət etmək lazımdır”.
 
Həkim əlavə edib ki, dəmir çatışmazlığından qaynaqlanan anemiya da üşümənin ən çox görülən səbəblərindən biridir.
 
Bundan əlavə, qadınlarda menstrual qanamalar, hər hansı bir səbəbdən bədənimizdə qan itkisi və ya qida çatışmazlığından qaynaqlanan qan azlığı vəziyyəti üşütməyə yol açır.
 
Həmçinin lösemi (lenfoma) və ya xərçənglə bağlı anemiya da üşütmə əlaməti ilə görülə bilər.
 
Bədənimizdəki ən əhəmiyyətli vitaminlər arasında olan D vitamini və B12 vitamini çatışmazlığının da üşütməyə səbəb ola biləcəyinə diqqət çəkən Türker Kundak bildirib ki, D vitamini çatışmazlığının ən əhəmiyyətli əlaməti üşütmə olsa da, əzələ və sümük ağrıları da buna aid edilə bilər.
 
B12 vitamini çatışmazlığında üşütmə hissi ilə yanaşı, bədəndə keyimə və hissiyat itkisi də inkişaf edə bilər.
 
Eyni zamanda, şəkərli diabetdə qan şəkəri nəzarət altına alınmazsa sinir və damarlarda zədələnmələr meydana gəlir ki, damarların tıxanması səbəbindən toxumalar daha az qanla təmin olduqda, əllərdə və ayaqlarda keyimə, ağrı və üşümə problemləri ortaya çıxır.
 
"Damarlarda qan dövranının zəif olması əl və ayaqların soyuqlamasına səbəb olan ən çox yayılmış faktorlardan biridir. Bu, damar xəstəlikləri və ya damardaxili lövhələrin səbəb olduğu damar tıxanıqlığı ilə əlaqədardır”, – deyə həkim vurğulayıb.
 
O, Raynaud xəstəliyi, xərçəng xəstəliyi, depressiya və narahatlığın davamlı üşütmə, yorğunluq və yuxu pozğunluğu kimi problemlərə yol aça biləcəyini deyib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib