ATU-nun Tədris Terapevtik Klinikasında şöbələrin hesabatları keçirilir
28.01.2022 21:06
ATU-nun Tədris Terapevtik Klinikasında stasionar şöbələrin hesabatlarına başlanılıb.
Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında stasionar şöbələrin illik hesabatına dair toplantı keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən klinikanın direktoru, professor Surxay Musayev təhsil-tədris prosesinin həyata keçirilməsi, klinikada görülən işlər barədə əməkdaşlara məlumat verib.
Sonra klinikanın Revmatologiya-Qastroenterologiya, Pulmonologiya-Allerqologiya və Hematologiya şöbələrinin illik hesabatları dinlənilib.
İlk öncə Revmatologiya-Qastroenterologiya şöbəsinin müdiri, professor Sahib Musayev şöbənin illik hesabatını təqdim edib.
Pulmonologiya-Allerqologiya şöbəsinin assistenti Şərəf Hüseynova və Hematologiya şöbəsinin həkimi Ələmdar Cəfərov isə şöbələrin illik hesabatı ilə çıxış ediblər. Hesabatda şöbələrdə il ərzində ambulator və stasionar xəstə qəbulu, şöbələrin tibbi fəaliyyəti və görülən işlər barədə ətraflı məlumat verilib.
Prof. Surxay Musayev ümumilikdə şöbələrin hesabatlarını qənaətbəxş hesab etsə də, hələ də əmək intizamının zəif olması və bəzi məsələləri klinika əməkdaşlarının diqqətinə çatdırdı. Qeyd olundu ki, xəstə cəlb olunması istiqamətində mühüm addımlar atılmalı, seminatlar, tədbirlər və.s keçirilməlidir.
Toplantının sonunda əməkdaşların sualları cavablandırılıb, bəzi məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

