TƏBİB-in İdarə Heyəti sədrinin müşavirləri türkiyəli qonaqlarla görüşüblər
28.01.2022 13:24
TƏBİB-in İdarə Heyəti sədrinin müşavirləri Elmir Bəşirov və Firəngiz Əliyeva Qazi Universitetinin Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan və dr.Hakan Tüzün ilə görüşüb.
 
Görüşdə Elmir Bəşirov elmi tədqiqat institutlarının əməkdaşları üçün “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərin baş tutmasında göstərdikləri köməkliyə görə qonaqlara TƏBİB rəhbərliyinin təşəkkürünü çatdırıb.
 
Daha sonra çıxış edən Firəngiz Əliyeva qardaş Türkiyə Respublikasında hər sahədə olduğu kimi tibb sahəsində də qarşılıqlı əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Müşavir istər icbari tibbi sığortanın tətbiq edilməsi, istər ixtisaslı kadrların hazırlanmasında Türkiyə modelindən geniş istifadə edildiyini bildirib. O, Vətən müharibəsində və virusla mübarizə tədbirlərində Türkiyədən olan həkimlərin böyük rola sahib olduğunu vurğulayıb.
 
Mustafa Necmi İlhan isə çıxışında onlara göstərilən yüksək dəyərə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in rəhbərliyinə təşəkkürünü bildirib. Professor N.İlham tibbi sahədə təcrübə mübadilələrinin həyata keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
 
Sonda qonaqlara İTS və TƏBİB adından xatirə hədiyyələri təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib