Avropa Dərman Agentliyi: “Pfizer” tərəfindən hazırlanmış koronavirus həbi təsdiqlənib
28.01.2022 10:53
Avropa Dərman Agentliyi (EMA) ABŞ-ın “Pfizer” şirkəti tərəfindən hazırlanmış “Paxlovid” adlı həbin koronavirusa qarşı ağır xəstələrdə Avropa İttifaqı (Aİ) sərhədləri daxilində yayılmasına şərti icazə verib.
 
Aztibb.az xəbər verir ki, dərmanın ciddi risk altında olan koronavirus xəstələri arasında ölüm nisbətlərini və xəstəxanaya yerləşdirmələri azaltdığı deyilir.
 
Dekabr ayından etibarən EMA ABŞ Qida və Dərman İdarəsi (FDA) və Böyük Britaniya Dərman və Sağlamlıq Məhsulları Agentliyi (MHRA) tərəfindən təsdiqlənmiş bu həbin təcili istifadəsinə icazəsi verib.
 
Hər hansı bir dərman üçün şərti təsdiq o deməkdir ki, dərman xəstələrin normal tələb olunandan daha az qarşılanmamış tibbi ehtiyacları üçün təsdiqlənir.
 
Qərargahı Amsterdamda yerləşən Avropa Dərman Agentliyi cümə axşamı Avropada ağır koronavirus xəstələrində istifadə üçün “Paxlovid” dərmanını təsdiqləyib.
 
Pfizer tərəfindən hazırlanmış dərman koronavirus testi pozitiv çıxan xərçəng, diabet, piylənmə kimi müəyyən risk qrupunda olanlar üçüm istifadə edilir.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib