ATU-nun Tədris Terapevtik Klinikasında "Nevroloji müayinə" mövzusunda seminar keçirilib  
27.01.2022 20:56
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Nevroloji müayinə” mövzusunda növbəti seminar keçirilib.
 
Seminarda çıxış edən klinikanın Nevrologiya şöbəsinin həkim-rezidenti Nigar Paşabəyli-Bəylər nevroloji müayinənin metodları haqqında ətraflı məlumat verib.
 
Həkim bildirib ki, nevroloji müayinə ilk olaraq xəstəyə baxışla başlanır. Xəstənin hərəkətlərinin həcmi, simmetrikliyinə diqqət yetirilir.
 
Onun sözlərinə görə, əzələnin gücü, tonusu, reflekslər (patoloji), hissiyat, beyincik funksiyalarının nevroloji müayinəsi bizə düzgün diaqnoz qoymağımıza istiqamət verir: "Patoloji reflekslərin qeyd olunması zədələnmənin mərkəzi mənşəli olmasını deməyə əsas verir. Lakin burda da bəzi məqamlara diqqət etmək lazımdır. Hipertiroidizimdə, yüksək həssas insanlarda da yalançı patoloji reflekslər qeyd oluna bilər. Meningeal əlamətlərin dəyərləndirilməsi meningit diaqnozunda xüsusi yer tutur. Həmçinin, bu müayinə bizə beyin qişalarının digər səbəblərdən zədələnməsini də diferensasiya etməyə kömək edir".
 
N. Paşabəyli-Bəylər qeyd edib ki, bu müayinələrin spesfikliyi yüksək olsa da, laborator və instrumental müayinə metodları ilə dəstəklənməlidir.
 
Sonda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib