Alimlər kişi və qadınların beyninin fərqli olduğunu göstərən genlər aşkar ediblər - TƏDQİQAT
27.01.2022 10:09

ABŞ-ın Stenford Universitetinin Tibbi fakültəsinin yeni tədqiqatı kişilərin və qadınların beyninin fərqli işlədiyinə dair fərziyyəni qismən təsdiq edir.

 

popmech.ru saytı xəbər verir ki, alimlər bir cinsdə digərindən daha aktiv olan 1000 gen aşkar ediblər.

 

Yeni tədqiqat çərçivəsində alimlər kişi və qadın cinsinə mənsub siçanların beyinlərindəki fərqləri öyrəniblər. Onlar qiymətləndirilmə, tanışlıq, cütləşmə və nifrət davranışını proqramlaşdıran sahələri tədqiq ediblər.

 

Alimlər gəmiricilərin beyninin strukturlarından çıxardılmış nümunələri təhlil edərək digər cinsin nümayəndələri ilə müqayisədə, həmcins nümayəndələrin beynində əhəmiyyətli dərəcədə daha aktiv olan 1000-dən çox gen müəyyən ediblər.

 

“Bu genləri giriş nöqtələri kimi istifadə edərək, beyin hüceyrələrinin cins üçün xarakterik olan müəyyən davranışı idarə edən konkret qruplarını müəyyən etdik”, - deyə  tədqiqatının müəllifi, psixiatriya və davranış elmləri və neyrobiologiyası üzrə professor Nirao Şah bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib