“Elmi tədqiqatların metodologiyası” adlı təlimlərə start verilib
25.01.2022 15:44
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə elmi tədqiqat institutlarının əməkdaşları üçün “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərin keçirilməsinə başlanılıb.
 
Aztibb.az-ın məlumatına görə, açılış mərasimində Türkiyənin Azərbaycandaki səfiri Cahid Bağcı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Türkiyə Respublikası Qazi Universitetinin Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan, TİKA-nın Bakı proqram koordinatoru Fatih Yılmaz, Agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in İdarə Heyəti sədrinin müşavirləri Elmir Bəşirov və Firəngiz Əliyeva, Strateji inkşaf departamentinin rəhbəri Yaqut Qarayeva, Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
 
Əvvəlcə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Elmir Bəşirov çıxış edərək təlimlərin elmi-tədqiqat instutlarının inkişafında, mahiyyətcə yeni mərhələnin başlanmasında müstəsna rola malik olacağını bildirib. O, 30 illik müstəqillik tarixində Azərbaycan Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla əks olunduğunu deyib.
 
Daha sonra çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova iki ölkə arasındakı sıx əməkdaşlığın dostluq, qardaşlıq prinsiplərinə əsaslandığını qeyd edib. Sədr müavini ökəmizdə icbari tibbi sığorta çərçivəsində səhiyyə xidmətinə vətəndaş əlçatanlığının təmin edildiyini, eyni zamanda ixtisaslı kadrların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində Türkiyə ilə təcrübə mübadiləsinin aparıldığını bildirib.
 
Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağcı isə bir neçə gün öncə Türkiyə Azərbaycan diplomatik münasibətlərinin bərpasının 30-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Səfir istər 44 günlük Vətən müharibəsində, istərsə də COVID-19-la mübarizə tədbirlərində qardaş ölkənin daima Azərbaycanın yanında olduğunu və bundan sonra da hər zaman birlikdə addımlayacaqlarını vurğulayıb.
 
Sonda Qazi Universitetinin Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan, TİKA-nın Bakı Proqram koordinatoru Fatih Yılmaz təlimlərin əhəmiyyətindən danışıb, bundan sonra da bu kimi fəaliyyətlərin davamlı olacaqlarını bildiriblər.
 
Rəsmi hissə bitdikdən sonra institutlarda çalışan mütəxəssislər üçün təlimlərin keçirilməsinə başlanılıb.
 
Məlumat üçün qeyd edək ki, 25 tədqiqatçının iştirak edəcəyi iki günlük təlim kursunun sonunda iştirakçılara sertifikat veriləcəkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib